Şeir sevən balalar

 

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Tapdığın 80 illik yubileyi münasibətilə “Şeir sevən balalar” adlı ədəbi-bədii gecə keçirildi.

 

Tədbiri kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq iştirakçılara İlyas Tapdığın həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatındakı mövqeyi haqqında məlumat verdi. Bildirdi ki, son altmış ilin uşaq poeziyasını İlyas Tapdığın yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. OnunBulaq başında”, “Meşənin mahnısı”, “Çiçəklərim, güllərim”, “Arxalı dağlarşeirpoemalar kitabları bir neçə nəslin yaddaşında həkk olunan poeziya örnəkləridir. Uşaqlar üçün yazmağın çətinlikləri çoxdur, məsuliyyəti ondan da böyükdürİlyas Tapdıq bu çətinlikləri və məsuliyyəti çox yaxşı duyur. O, şeirlərində uşaqları təkcə dünyanın bilməcələri ilə tanış olmağa deyil, həm də gələcəyə qanadlandırır.

Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi Məxmər Hüseynova şairin poeziyası və tərcüməçilik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi.

Tədbirin bədii hissəsində Qubadlı rayon Mahruzlu kənd tam orta məktəbinin IV sinif şagirdləri İlyas Tapdığın şeirləri və şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər, maraqlı səhnəciklərlə tədbirə xüsusi rəng qatdılar.

Sonda iştirakçılar “İlyas Tapdıq və uşaq aləmi” adlı kitab sərgisi ilə tanış oldular.

 

Leyla Məmmədli,

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasının multimedia mütəxəssisi

 

Mədəniyyət.- 2014.- 5 dekabr.- S. 11.