Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağı

 

Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağının açılışı olub. Tədbirdə Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved Azərbaycanın dahi şairi mütəfəkkirinin həyat yaradıcılığından söhbət açıb. Fond Nizami Gəncəvinin əsərlərinin urdu dilinə tərcümə olunması haqqında qərar qəbul edib.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Məhəmməd Asif, Sülh Demokratiya İnstitutunun direktoru Farhat Nur çıxışlarında Nizami Gəncəvinin humanist şair olduğunu bildirib, onun əsərlərində ümumbəşəri, ictimai-siyasi, sosial mənəvi-əxlaqi idealların bədii əksini tapdığını vurğulayıblar.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dahi şairin adını daşıyan otağın yaradılması ilə bağlı qərara görə Pakistan hökumətinə Milli Kitab Fonduna minnətdarlığını bildirib.

Pakistan Nazirlər Kabinetinin əlaqələndirmə naziri Babar Yaqub Fateh Məhəmməd şairin yaradıcılığındakı humanizm ideyaları haqqında söhbət açıb. Qeyd edib ki, Nizami Gəncəvi otağının açılışı mədəniyyət sahəsində əməkdaşlığın inkişafına təkan verəcək.

Sonra Nizami Gəncəvi otağı ilə tanışlıq olub. Səfirliyin dəstəyi ilə təmir edilən otaqda ingilis Azərbaycan dillərində çap olunan kitablar yer alıb. Burada Füzuli, Xaqanı, Nəsimi, Şah İsmayıl Xətai, Sabir başqa şairlərimizin portretləri, həmçinin Azərbaycanın mədəniyyətini əks etdirən eksponatlar da var.

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 13.