“Gərək nəbzin Vətənin nəbzilə vursun

 

Dekabrın 9-da Məmməd Səid Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi ilə birgə ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə “Gərək nəbzin Vətənin nəbzilə vursun” adlı anım mərasimi keçirilib.

Tədbirdə M.S.Ordubadinin xatirə muzeyinin direktoru L.Abaszadə, Dövlət Din Tarixi Muzeyinin direktoru M.Babayeva ulu öndərin dövlətçilik fəaliyyətindən, Azərbaycan tarixində misilsiz xidmətlərindən danışıblar. Şairə Z.Dəmirçi ulu öndərə həsr etdiyi şeirlərini oxuyub. Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin ədəbi-diyarşünaslıq dərnəyinin üzvləri Heydər Əliyev haqqında şeirlər söyləyiblər.

Sonda xatirə muzeyinin direktoru L.Abaszadə Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvlərinə tədbirdə fəal iştiraklarına görə fəxri fərmanlar təqdim edib. Tədbir iştirakçıları muzeydə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən guşə ilə də tanış olublar.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S.7.