“Azərbaycan
yaşadıqca...”
Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasında ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibətilə “Azərbaycan yaşadıqca sən yaşayacaqsan” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş slayd nümayiş olunub.
Mərasimi giriş sözü ilə MKS-nin direktoru İradə Allahverdiyeva açaraq Heydər Əliyevin Azərbaycanın yüksəlişi naminə gördüyü işlərdən danışıb. MKS-nin direktor müavini Təranə Məmmədova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə edib.
MKS-nin 40 saylı Hacıbədəlli kənd
kitabxanasında da ümummilli
liderin anım gününə həsr edilmiş tədbir keçirilib.
Çıxış edənlər böyük
öndərin xalqımız və dövlətimiz
qarşısındakı misilsiz xidmətlərindən
danışıblar. Orta məktəbin
şagirdləri dahi şəxsiyyətə
həsr olunmuş şeirlər söyləyiblər.
Mədəniyyət.- 2014.- 17
dekabr.- S. 11.