Heydər Əliyev Sarayında xatirə mərasimi

 

Dekabrın 12-də Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında ümummilli liderin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, milli mədəniyyətimizin inkişafı istiqamətində misilsiz xidmətlərindən, tarixən zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzsiz rolundan, ölkəmizin inkişaf və tərəqqisi naminə gördüyü çoxsaylı işlərdən söz açılıb. Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi ümummilli liderin Fəxri xiyabandakı məzarını ziyarət edib.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 6.