Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivi Gürcüstana səfər edib

 

Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdləri 20-22 dekabr tarixində TbilisiMarneuli şəhərlərində səfərdə olublar. Kollektiv bu şəhərlərdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş tədbirlərdə iştirak edib.

Dekabrın 20-də Marneuli şəhər 8 nömrəli orta məktəbdə təşkil olunan konsertdə Xırdalan uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri Azərbaycan klassik musiqisixalq musiqisindən ibarət proqram təqdim edib. Dekabrın 21-də məktəbin müəllim və şagirdləri Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar. Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi şagirdlərə hədiyyələr təqdim edib.

Dekabrın 22-də Tbilisidəki 64 nömrəli orta məktəbdə Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 7.