İlin fotoqrafı” mükafatları təqdim olunub

 

Dekabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycan Fotoqraflar Birliyininİlin fotoqrafı - 2014” mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif nominasiyalarda diplomlar və fəxri fərmanlar təqdim olunub.

2014-cü ildə fotoqrafiya sənətində qazandıqları uğurlara görə “İlin fotoqrafı” - Dilavər Nəcəfov, “İlin mətbuat fotoqrafı” Rəsul Rəhimov elan edilib. Əlzamin Cəfərov “Qızıl arqus”, Gülnarə Səlimovay “Gümüş arqus” və Araz Talıbov “Bürünc arqus” mükafatına layiq görülüb. “Fotoqrafiya sənətində xidmətlərinə görə” Fətəli Fətəliyev və Mehdi Abbasov təltif edilib, Hüseyn Hüseynzadə adına “Ümid” mükafatı Məhəmməd İsmayılova verilib.

Mükafat alanlar sırasında kütləvi informasiya vasitələri və media mənsubları da var. İlin veb-saytı” 1905.az portalı, “İlin jurnalisti” - Şirməmməd Nəzərli, “İlin televiziyası” “Region” TV seçilib. Həmçinin “AFB-yə dəstəyə görə” Xəzər Universiteti, “Say Cheese” layihəsi çərçivəsində “Photo man-2013” və “Photo-school.eu” layihələrinə görə Gürcüstan Fotoqraflar Assosiasiyası mükafatlandırılıb.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi adından Bəhram Bağırzadəyə xüsusi mükafat təqdim olunub. “Art Faktor” təşkilatının təsis etdiyi “Bədii fotoşəkil” mükafatını Fəxriyə Məmmədova qazanıb.

Qeyd edək ki, AFB-ninİlin fotoqrafı” mükafatı Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 2000-ci ildə təsis edilib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 7.