Turizm təhsilində yeniliklərə ehtiyac duyulur

 

Cəfər Cəfərov: «TurizmMenecment Universiteti daha keyfiyyətli kadrlar hazırlamaq üçün imkanlar yaradacaq»

 

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizmmenecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan TurizmMenecment Universiteti yaradılması barədə sərəncam imzalayıb. Sərəncamdan irəli gələn işlər, bu qərarın Azərbaycanda turizmin inkişafına verəcəyi töhfə, eləcə də 2014-cü ilin yekunları ilə bağlı suallarımızı artıq TurizmMenecment Universitetinə çevrilmiş təhsil ocağının rektoru Cəfər Cəfərov cavablandırır.

 

- Bu sənədlə ölkə Prezidenti Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrini ortaya qoyub. Sərəncam iqtisadiyyatın vacib sahəsi olan turizmin inkişafına dövlət tərəfindən nə dərəcədə diqqət göstərildiyini bir daha göstərir. Bu sahədə kadr hazırlığının təkmilləşdirilməsi sərəncamdan irəli gələn əsas məsələdir. Bu, ilk növbədə, Azərbaycan təhsilində artıq mövcud olan strukturun yeni bir mərhələyə çıxması deməkdir. Eyni zamanda qeyd etmək istəyirəm ki, yeni universitet spesifik bir tədris ocağı olacaq. ATİ-nin kollektivinin daha çox işlər görmək imkanı, potensialı və arzusu vardı. Mövcud maddi-texniki baza bu istəklərimizin həyata keçməsinə tam imkan vermirdi. Sərəncamda nəzərdə tutulan işlərin reallaşması Azərbaycan iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaq üçün böyük imkanlar açacaq. Digər tərəfdən, məsələ yalnız turizmlə məhdudlaşmır. TurizmMenecment Universitetinin yaradılması o deməkdir ki, turizm aparıcı sahə olmaqla yanaşı, idarəetmənin başqa sahələrində də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur. Ümumi götürsək, bu universitetdə təhsilin bütün mərhələləri üzrə turizmmenecment üzrə kadrlar hazırlanacaq. Yenilik fəaliyyət dairəsini genişləndirəcək. Açığını deyim ki, ATİ mövcud baza çərçivəsində olan mümkün həddə qədər gəlib çatmışdı, bundan sonrakı inkişafdan ötrü əlavə nəfəsə ehtiyac duyulurdu. Yeni ilDünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində möhtərəm Prezidentin belə bir sərəncam imzalaması bizi sevindirməklə yanaşı, üzərimizə böyük məsuliyyət qoyur. Bu, böyük bir etimaddır və onu doğrultmaq üçün artıq qüvvələr səfərbər olunur.

 

- Məlumdur ki, Azərbaycan turizmində kadr çatışmazlığı var. Yeni universitetin yəqin qəbul planı da artırılacaq.

- ATİ-nin mövcud bazası qəbul planını artırmağa imkan vermirdi. Sərəncamda təhsil ocağının maddi-texniki bazasının genişləndirilməsi, müvafiq tədris şəhərciyinin yaradılması nəzərdə tutulur. Bu, neçə illərdir bizim ürəyimizdə olan arzuların reallaşması deməkdir. Tədris şəhərciyində müasir təlim hoteli restoranı, tələbə yataqxanaları, müəllimlər üçün lojmanlar s. yaradılacaq. ATİ Bakı Turizm İdman Kollecinin maddi-texniki bazası əsasında yaradılmışdı. Bir əsasda 9 il ərzində ölkədə inkişaf etməkdə olan turizm sahəsi üçün zəruri kadr ehtiyaclarını ödəməyə çalışmışıq. Bundan sonra bizi daha geniş fəaliyyət gözləyir.

 

- Yeni universitetdə fakültələrin ixtisasların sayının artması gözlənilirmi?

- ATİ- tədris olunan 11 ixtisasdan biri turizm hotelçilikdir. Biz günün tələbatına cavab vermək məqsədilə turizmə yaxın olan sahələr üzrə ayrı-ayrı ixtisaslarda kiçik qruplarda tələbə qəbulu aparırdıq. Yeni baza yaradılacağı təqdirdə onların genişləndirilməsi nəzərdə tutulur. Amma yenə aparıcı ixtisas turizm olacaq. Ola bilsin, ixtisasın bölünməsi ilə bağlı reyestrə təkliflərimiz olsun. Turizm hotelçiliyin artıq təsdiq olunmuş ayrı-ayrı proqramlar əsasında aparılması, fakültələrin müxtəlif fakültələrə bölünməsi kimi məsələlər gündəmdədir.

 

- Turizm İnstitutundakı mövcud kadr

potensialı sərəncamdan irəli gələn məsələləri reallaşdırmaq üçün yetərlidirmi?

- Bizim məqsədimiz odur ki, öz məzunlarımızdan kadr kimi istifadə edək. Artıq ATİ-nin 15-ə qədər əməkdaşı öz məzunlarımızdır. Beş il öncə bu sərəncamdan irəli gələn məsələləri həyata keçirmək üçün kadr potensialı olmaya bilərdi. Amma indi öz məzunlarımızın gücünə əsaslanırıq, eyni zamanda xaricdə təhsillə bağlı yeni dövlət proqramı çərçivəsində kənardan kadrlar cəlb etməklə, yerli turizm sənayesində çalışan müəllimlik qabiliyyəti olan mütəxəssislərin dəvət olunması hesabına bu işi yeni səviyyəyə qaldırmaq imkanları yaranır.

 

- Azərbaycan turizmində başlıca problemlərdən biri idarəçiliklə bağlıdır. Yeni universitet bu problemi həll etməyə imkan verəcəkmi?

- Şübhəsiz ki, bu problem öz həllini tapacaq. Hazırda ATİ-nin 995 məzunu sənayedə çalışır. Onların bir çoxu turizm müəssisələrində aparıcı mövqe tutublar. Amma bu yenə kifayət deyil. Bu yaxınlarda Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutunun birgə apardığı araşdırmalar da onu göstərir ki, 2023-cü ilədək ölkəmizin turizm sahəsində kadrlara olan tələbat tam ödənilməyəcək. Həmin müddətə kimi turizmin ayrı-ayrı sahələri üzrə kadra olan tələbatın (sahələrdən asılı olaraq) beşdəbirinin ödəniləcəyi gözlənilir. Kadrlara olan ehtiyac müəyyənləşdirilərkən həm ATİ-, həm ölkənin bir sıra ali təhsil müəssisələrində, o cümlədən kolleclərdə turizm sahəsi üzrə hazırlanan kadrlar nəzərə alınıb. Bu baxımdan belə sərəncamın verilməsi böyük bir uzaqgörənliyin, ölkənin gələcəyi üçün məsuliyyətin göstəricisidir.

Hotellərdə, iaşə müəssisələrində insanlar xidmət keyfiyyəti ilə bağlı problemlərlə üzləşirlər. Şübhəsiz ki, bu da ümumi idarəçilik, menecmentlə bağlıdır. Xidmət personalının hazırlığı da ayrıca problemdir. Bu xüsusda ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin işinin təkmilləşdirilməsi ilə bağlı addımlar atmağı düşünürük. Yaxın gələcəkdə peşə məktəbinin 5 regional filialının yaradılması nəzərdə tutulur. Azərbaycan Turizm Menecment Universitetinin fəaliyyəti yekunda turizm əmək bazarında yeni keyfiyyətli kadrların ortaya çıxması imkanını yaradacaq. Bu isə öz növbəsində rəqabət mühiti, o da daha keyfiyyətli xidmətin təqdim olunması üçün şərait yaradacaq. Əmək bazarında bolluq turizmin ümumi inkişafına müsbət təsir edəcək. Bu, uzunmüddətli bir prosesdir, nəticələrin ölkəmizin gələcəyi üçün faydalı olacağına inanıram.

 

- Rəhbərlik etdiyiniz təhsil ocağının fəaliyyətinin 9-cu ili başa çatır. Ötən dövr ilə yadda qaldı?

- ATİ yarananda cəmi 200 tələbəsi vardı, 1 fakültə, 2 kafedra, 3 ixtisasla işə başladıq. Hazırda 3 fakültə, 10 kafedra, 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər təhsil alır. Bundan başqa, magistraturada 146, doktoranturada 55, ikinci ali təhsildə 27, ilk peşə ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird biliklərə yiyələnir. Beləliklə, bütövlükdə ATİ ailəsində 2215 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanır. Qeyd etdiyim kimi, 995 məzunumuz hazırda müxtəlif sahələrdə çalışır. Magistr məzunlarımız da ötən ildən fəaliyyətə başlayıblar. Bu yaxınlarda ilk doktorantlarımızın işləri müdafiəyə buraxılacaq.

Yeni yerlərinin açılması ilə yüksək intellektli mütəxəssislərə tələbat artır bununla da ali təhsildə keyfiyyətin əhəmiyyəti gündəmə gəlir. Artıq bir neçə ildir ki, tədris yeni prinsiplərə - Bolonya prosesinin tələblərinə əsasən həyata keçirilir. ATİ bu prosesi tam şəkildə həyata keçirən ilk ali təhsil müəssisələrindən biri oldu. Əslində ATİ-nin işi yalnız kadr hazırlığı ilə yekunlaşmadı, Azərbaycanın təhsil mühitində bir çox yeniliklərə imza atdı. ATİ ikili diplom praktikasını, tam semestr praktikasını, xaricə tələbələrin kütləvi şəkildə göndərilməsi kimi məsələləri ilk dəfə tətbiq edib. Tədris-təlim-təcrübə-tədqiqat modelinə üstünlük veririk. Müxtəlif beynəlxalq qurumların, assosiasiyaların üzvüyük, dünyanın bir çox ölkələrinin universitetləri ilə əməkdaşlıq edirik.

İxtisasartırma, yenidən hazırlanma istiqamətində qısamüddətli kurslar həyata keçiririk. 30-dan çox sənaye nümayəndəsi ATİ- əlavə təhsil proqramı üzrə təhsil alır. Bacarıqlı xidmət personalının hazırlanması üçün təlim mərkəzi yaradılıb. Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə Azərbaycanda bələdçilərin beynəlxalq sertifikat alması ilə nəticələnən kurslar təşkil olunub. Bunların hamısı çox önəmli addımlardır, 2014-cü ildə davam edib, inşallah, növbəti illərdə davam edəcək.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 7.