Narlar və zəfəran: Azərbaycana kulinar səyahət”

 

Kaliforniyada milli mətbəximiz haqqında kitabın təqdimatı

 

Kaliforniya ştatının Lonq-Biç şəhərindəki “Qetsbi Bukskitab mağazasında ABŞ-da yaşayan azərbaycanlı Fəridə Buyuranın “Narlar və zəfəran: Azərbaycana kulinar səyahət” kitabının avtoqraf-sessiyası olub.

 

Bu ilin oktyabrında alıcılara təqdim olunan kitab Azərbaycan mətbəxi ilə bağlı ingilis dilində ilk geniş nəşrdir. 336 səhifədən ibarət kitab oxuculara qəlyanaltı və salatlar, şorbalar, xəmir, ət, tərəvəz və yumurtadan hazırlanan yeməklər, çörək növləri, plovlar, içki və desertlərin 200 dadlı reseptini təklif edir.

Kitabda müəllif Fəridə Buyuranın azcookbook.com bloqundan seçmə reseptlər də yer alıb. Nəşrdə Azərbaycan mədəniyyəti ilə bağlı hekayələr, Azərbaycan mətbəxi və süfrəsi barədə atalar sözləri də dərc olunub ki, bu da kitaba xüsusi kolorit verir.

Avtoqraf-sessiyada 50-dək adam iştirak edib. Tədbirdə iştirakçılar Azərbaycan şirniyyatlarının kitabdakı reseptlərə uyğun hazırlanmış bir neçə növünə, o cümlədən Qarabağ kətəsi mütəkkəyə qonaq olublar.

Fəridə Buyuran Azərbaycanın adət-ənənələri kulinariyası barədə, bloq kitab üzərindəki çoxillik işindən söz açıb. Nəşr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Practical Solutions Group” şirkətinin dəstəyi ilə ərsəyə gəlib. Xatırladaq ki, kitabın azcookbook.com bloqunun müəllifi Fəridə Buyuran Azərbaycan Dillər Universitetinin ingilis dilinin filologiyası ixtisası üzrə bakalavr magistr diplomlu məzunudur. O həm Kaliforniya Universitetini inzibatçılığı magistr dərəcəsi ilə bitirib. Hazırda həyat yoldaşı iki övladı ilə Kaliforniya ştatının Lonq-Biç şəhərində yaşayır.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 16.