A­na lay­la­sı”

A­zər­bay­can xal­ça­çı­lıq ənə­nə­lə­ri ru­si­ya­lı rəs­sa­mın əsə­rin­də

De­kab­rın 26-da Azər­bay­can Xal­ça Mu­ze­yin­də Ru­si­ya­nın Əmək­dar rəs­sa­mı, “Bur­qa­nov Evimu­ze­yi­nin (Mosk­va) di­rek­to­ru, Ru­si­ya Rəs­sam­lıq Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü İqor Bur­qa­no­vun es­ki­zi əsa­sın­da to­xu­nul­­muşA­na lay­la­sı” xal­ça­sı­nın təq­di­ma­tı olub
.

Xal­ça bu ilin ya­yın­da dəz­gah­dan kə­si­lib. Xal­ça Mu­ze­yi­nin və “A­zər­bay­can xal­ça­la­rı” İc­ti­mai Bir­li­yi­nin to­xu­cu­la­rı bu xal­ça­nı 4 aya to­xu­yub­lar. Azər­bay­ca­nın əs­ra­rən­giz tə­biə­ti­nin bü­tün bo­ya­la­rı, o cüm­lə­dən züm­rüd çə­mən­lə­rin, də­niz və sə­ma­nın rəng ça­lar­la­rı bu xal­ça­da bərq vu­rur. Müəl­lif xal­ça­nı Azər­bay­can Xal­ça Mu­ze­yi­nə hə­diy­yə edib.
Mu­ze­yin di­rek­to­ru Rö­ya Ta­ğı­ye­va Azər­bay­can in­cə­sə­nə­ti­nə vur­ğun­lu­ğu­na gö­rə İqor Bur­qa­no­va tə­şək­kür edib: “Biz uzun il­lər­dir əmək­daş­lıq edi­rik, qar­şı­da bi­zi çox­lu ma­raq­lı iş­lər göz­lə­yir”.
Ru­si­ya­lı rəs­sa­mın ya­ra­dı­cı­lı­ğı Azər­bay­can­da sə­nət­se­vər­lə­rə yax­şı ta­nış­dır, o tez-tez pay­tax­tı­mı­zın qo­na­ğı olur. Ma­yın 12-dən iyu­lun 20-dək Ba­kı­da İ.­Bur­qa­no­vunMüa­sir xal­ça” ad­lı sər­gi­si ke­çi­ri­lib. XX əsr rus avan­qar­dı ənə­nə­lə­ri­ni da­vam et­di­rən rəs­sam bu ənə­nə­lə­ri öz ya­ra­dı­cı­lıq süz­gə­cin­dən ke­çi­rir. Onun əsər­lə­ri­nin mo­tiv­lə­ri əsa­sın­da qo­be­len­lər və xal­ça­lar üçün es­kiz­lər ha­zır­la­nıb. Rəs­sam həm­çi­nin sə­nət­şü­nas­lıq üz­rə ki­tab­la­rın və dərs və­sai­ti­nin müəl­li­fi, İs­veç­rə, Bel­çi­kaFran­sa­da bey­nəl­xalq la­yi­hə­lə­rin iş­ti­rak­çı­sı və təş­ki­lat­çı­sı­dır.
Mə­ra­sim­də çı­xış edən Ru­si­ya­nın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin mü­şa­vir-el­çi­si Oleq Mu­ra­şov bil­di­rib ki, Xal­ça Mu­ze­yi əsl mə­də­niy­yət mər­kə­zi­dir və Azər­bay­ca­nın xal­ça sə­nə­ti­ni təb­li­ği is­ti­qa­mə­tin­də bö­yük iş­lər gö­rür: “ Xal­ça­çı­lıq əsl Şərq sə­nə­ti­dir və rus rəs­sa­mın bu sə­nə­tə ba­xı­şı emo­si­ya do­ğur­ma­ya bil­mir”.
İ­qor Bur­qa­nov bil­di­rib ki, ata­sı­nın, əc­dad­la­rı­nın Və­tə­ni olan Ba­kı­ya bir da­ha gəl­mə­yi­nə çox şad­dır: “Mən Azər­bay­can xal­ça­çı­lı­ğı ənə­nə­lə­ri­nə söy­kən­mi­şəm və öz es­kiz va­rian­tı­mı iş­lə­mi­şəm. İs­tər­dim ki, bu xal­ça­ya ba­xan­da onun XXI əs­rə aid ol­ma­sı gö­rün­sün. Mən Xal­ça Mu­ze­yi­nə zər­gər­lik su­ve­ni­ri - qiy­mət­li daş­lar­la ha­şi­yə­lə­nən me­teo­rit hə­diy­yə et­dim. Bu daş Xal­ça Mu­ze­yi­nin ye­ni zər­gər­lik eks­po­zi­si­ya­sı­na da­xil ola­caq”.

 

Mədəniyyət.- 2014.- 30 dekabr.- S. 6.