Folklor paytaxtı” ilində bölgəyə turistlərin marağı artıb

 

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli coğrafi mövqeyi, təbiət gözəllikləri, qədim tarixi abidələri ilə turistlərin diqqətini daim cəlb edir. “Folklor paytaxtı” ilində keçirilən tədbirlər də turistlərin bölgəyə marağının artmasına səbəb olub. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, 2014-cü ilin doqquz ayı ərzində Balakənə 20 min nəfərə yaxın turist gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min nəfər çoxdur.

Rayon üzrə 12 turizm marşruturekreasiya zonası müəyyənləşdirilib. Turistlər daha çox kənd yaşıl, dağ, atçılıq, ovçuluq turizm növlərinə maraq göstərirlər. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı da turistlərin ən çox üz tutduqları məkanlardandır. Burada onların əylənməsi üçün hər cür şərait yaradılıb.

 

Mədəniyyət.- 2014.-  26 dekabr.- S. 11.