Sülh naminə yaradıcılıq

 

Meksikanın Xarici İşlər Nazirliyində BMT yanında xüsusi məsləhətçi statusu olan Sülh və Əməkdaşlıq Fondu qeyri-hökumət təşkilatının “İncəsənət beynəlxalq dil kimi: sülh naminə yaradıcılıq” adlı 2013-cü il Sülh və Əməkdaşlıq Məktəbi mükafatının təqdim edilməsi mərasimi keçirilib. Ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, “Rəsm - yazılı mesaj” və “Məktəb incəsənəti” nominasiyaları üzrə Azərbaycandan iki iştirakçı - İmişli Uşaq Yaradıcılıq Mərkəzindən Firuzə Miriyeva və Zaqatala Humanitar Fənlər Gimnaziyasından Sədəf Məmmədli, həmçinin Xaçmaz Uşaq İncəsənət Məktəbi diplomla təltif edilib.

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 4.