Belarus səhnəsində əsrarəngiz “Min bir gecə”

 

Xəbər verildiyi kimi, fevralın 16-da Belarus Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin ilk tamaşası olub.

Premyera Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dəstəyi ilə gerçəkləşib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Respublikası mədəniyyət nazirinin müavini Vasili Çernik, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə iştirak ediblər.

Quruluşçu baletmeyster, Azərbaycanın Xalq artisti Mədinə Əliyevanın yeni əsrarəngiz xoreoqrafiyasında təqdim olunan məşhur səhnə əsəri böyük maraqla qarşılanıb. Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərlik etdiyi simfonik orkestrin parlaq ifası, quruluşçu-rəssam İnarə Aslanovanın yaratdığı, Şərq dünyasının ruhunu təcəssüm etdirən rəngarəng dekorasiya və geyimlər Belarus tamaşaçılarına xüsusi zövq bəxş edib.

Tamaşanın quruluşunda həmçinin teatrın baş baletmeysteri, Belarus Respublikasının Xalq artisti Vladimir İvanov, eləcə də quruluşçu-baletmeysterin assistentləri, Belarusun əməkdar artistləri Janna LebedevaOlqa Serko, rəssam Lyubov Sidelnikova, musiqi redaktoru, Azərbaycanın Əməkdar artisti Samir Səmədov iştirak ediblər.

Əsas partiyaları Belarus Akademik Dövlət Musiqili Teatrının solistləri, beynəlxalq müsabiqələr laureatları Sergey Qlux (Şəhriyar), İrina Voytekunas (Şəhrizad), Polina Qarunoviç (Zibeydə), İqor Qonçarik (dənizçi Sindbad), Dmitriy Lazovik (Ələddin), Mika Suzuki (şahzadə Budur), Vitaliy Borovnev (Cin), Mayk Partuş (Quldurların başçısı), Aleksandra Krasnoqlazova (Mərcanə) və Nikolay Umerenkovlibaba) ifa ediblər.

Min bir gecə” baletinin ifaçıları - Mayk Partuş (Fransa), Ririko İto, Mayuoko OnoMika Suzuki (hər üçü Yaponiya), İrina Voytekunas (Litva) müxtəlif ölkələri və qitələri təmsil ediblər.

Anşlaqla keçən tamaşanın sonunda dinləyicilər solistlərə, dirijor Əyyub Quliyevə, xoreoqraf Mədinə Əliyevaya və rəssam İnarə Aslanovaya məmnunluqlarını sürəkli alqışlarla bildiriblər.

* * *

Tamaşadan sonra mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva Azərbaycanın Xalq artisti, quruluşçu-baletmeyster Mədinə Əliyeva, quruluşçu-rəssam İnarə Aslanova və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, həmçinin Belarus Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviç ilə görüşüb, onlara belə böyük işin öhdəsindən uğurla gəldiklərinə görə təşəkkürünü bildirib.

Nazir müavini Sevda Məmmədəliyeva özündə "Minskiy kuryer" və "Veçerniy Minsk" qəzetlərini, həmçinin eyniadlı xəbər portalını cəmləşdirən "Minsk novosti" xəbər agentliyinə müsahibəsində premyeranın yüksək səviyyədə keçdiyini qeyd edib. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycan incəsənətinin başqa nümunələri də Belarus tamaşaçılarına təqdim ediləcək. Xatırladaq ki, 2010-cu ildə Belarus Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının, 2013-cü ildə böyük bəstəkar Qara QarayevinYeddi gözəl” baletinin premyeraları olub.

Fevralın 17-də Sevda Məmmədəliyeva MinskinStolitsaradiosuna müsahibə verib. Nazir müavini müsahibədə Azərbaycan xalqının zəngin mədəniyyəti, tarixi ənənələri haqqında danışıb, iki ölkənin mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Həmin gün nazir müavini Belarus Respublikasının mədəniyyət naziri Boris Svetlov ilə görüşüb. Görüşdə mədəniyyət və turizm sahələrində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Nazir müavini vurğulayıb ki, yüksək səviyyəli mədəni əməkdaşlıq Azərbaycan və Belarus prezidentləri İlham Əliyevin və Aleksandr Lukaşenkonun rəhbərliyi ilə ölkələrimiz arasında münasibətlərin inkişafının göstəricisidir.

Fevralın 17-də Sevda Məmmədəliyevanın Belarus Respublikasına səfəri başa çatıb.

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 8.