İki əsr davam edən soyqırım”

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası orta məktəb şagirdləri arasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş plakat müsabiqəsi elan edib.

İki əsr davam edən soyqırım” adlı müsabiqəyə təqdim olunan işlər boyayaxud rəngli karandaşlarla işlənməlidir. Plakatın arxa tərəfində - iştirakçı sinif, məktəbin nömrəsi göstərilməlidir.

Hazırlanmış işlər 20 mart 2014-cü il tarixinədək kitabxananın kütləvi işlər şöbəsinə təhvil verilməlidir. Qaliblərə diplom və hədiyyə təqdim olunacaq.

Müsabiqədə iştirak etmək və ətraflı məlumat almaq istəyənlər kitabxana ilə əlaqə saxlaya bilərlər. Tel: (012) 597-08-79; (012) 597-09-86. E-mail: childlibbaku@yahoo.com

 

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 15.