Qarabağ fəryadı”

 

Fevralın 22-də Xocalı soyqırımının ildönümü ərəfəsində paytaxtın Niyazi adına 22 saylı uşaq musiqi məktəbində “Qarabağ fəryadı” adlı musiqili-ədəbi kompozisiya təşkil olunub. Tədbiri giriş sözü ilə açan məktəbin müəllimi Esmira Ağayeva xalqımızın zaman-zaman başına gətirilmiş faciələrdən danışıb. Sonra səhnəyə beynəlxalq və respublika müsabiqələri laureatlarından Səma Sultanova və bədii qiraətçi Türkan Məmmədova dəvət olunub. Şagirdlərdən Rəhimə Axundova, Nazı Omarova, Sevinc Əliyeva, Ləman Tağızadə və Zamiq Əmirzadənin çıxışları hər kəsi göz yaşına qərq edib, səsləri ilə qəlbləri kövrəldiblər. Elyar Əliyev və Aslan Əzimzadənın ifasında musiqi nümunəsi təqdim olunub.

 

Təranə Fazilqızı

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 13.