Xocalı haqqında filmin London premyerası

 

Londondakı Britaniya Film Televiziya İncəsənəti Akademiyasında (BAFTA) Xocalı soyqırımından bəhs edənSonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin premyerası keçirilib.

Premyeradan sonraXocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasından söz açaraq filmin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, “Endless Corridor” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”.

Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya mütəxəssisləri məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), “Games of Thrones” populyar teleserialının ulduzlarından İen Qlen iştirak edib.

1992-ci il fevralın 26-da 613 kişi, qadın uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.

Sənədli film üzərində beş ilə yaxın çalışmış A.Brokas qeyd edib ki, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib. O, postsovet respublikası olan Litva vətəndaşı kimi məsələyə öz münasibətini bildirərkən qeyd edib ki, Xocalı faciəsi günahsız insanların taleyinə amansız qəddarcasına qərar verilməsinə dair bariz nümunədir.

ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış hazırda Vaşinqtonda “Camp David” şou proqramının prodüseri olan Cerald Rafşun diqqətə çatdırıb ki, beynəlxalq səylərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək həll olunmayıb.

Filmdə litvalı jurnalist Riçard Lapaitis uzun illərdən bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi Xocalı faciəsini müharibə müxbiri kimi nəql edir. O, Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür ermənilərin atəşi altındaSonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.

Qeyd edək ki, BAFTA-dakı premyeradan sonraSonsuz dəhlizsənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 4.