Daha yaxşı bir dünya üçün, sülh üçün incəsənət”

 

Ölkəmiz Tehranda keçirilən beynəlxalq sərgidə təmsil olunub

 

İranın paytaxtı Tehranın Qəsr muzeyində beynəlxalq “Art Collect” sərgisi keçirilib. Tədbirdə ölkəmizi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı təmsil edib. Beynəlxalq sərgidə “Arts Council Azerbaijan”ın kolleksiyasından Aydın Əsgərin və Edita Suxoçkitenin əsərləri nümayiş olunub.

Dünyanın çoxsaylı ölkələrindən muzey və qalereyaların iştirak etdikləri sərgidə təqdim olunan kolleksiyalar sırasında Pablo Pikasso, Salvador Dali, Joan Miro kimi görkəmli sənətkarların işləri də yer alıb.

Daha yaxşı bir dünya üçün, sülh üçün incəsənət” şüarı ilə keçirilən sərgidə muzeylərdən, qalereyalardan əlavə, fərdi kolleksiyaçılar da iştirak ediblər.

Tədbir müasir incəsənətə, onun sintezinə, müxtəlif ölkələrdə incəsənətin dünyagörüşünə və mədəniyyətə təsirinə həsr olunub.

 

Mədəniyyət.- 2014.- 2 iyul.- S. 7.