“Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimatı

 

İyulun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan jurnalın növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. Nəşrin bu sayında 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərə geniş yer verilib. Jurnalın yay buraxılışında oxucuları, həmçinin qadın şairlərlə, “Neftçinin canlı əfsanəsi olan Ələkbər Məmmədov, bizə gözəlliyin sadə formulunu açıqlayan müasirimiz Günel Rüstəmova, Azərbaycan orqan-klavesin mədəniyyətinin yaradıcıları və ifaçıları ilə maraqlı görüş gözləyir.

Gecədə Əməkdar artist Sevda Ələkbərzadənin “İntromusiqi albomunun təqdimatı olub. S.Ələkbərzadə maraqlı musiqi proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2014.- 4 iyul.- S. 2.