Nizami Kino Mərkəzində uşaqlar üçün pulsuz film nümayişi

 

Nizami Kino Mərkəzi Azərbaycan Respublikası ahıl, tənha və əlil insanlara yardım ictimai birliyinin müraciətini nəzərə alaraq iyulun 4-də Mərdəkanda yerləşən “Xəzər” uşaq evinin sakinləri üçün “Qızım üçünfilminin pulsuz nümayişini keçirib.

İctimai birliyin sədri Sevinc Qarayevauşaq evinin müdiri Süsən Qasımova filmi izləməyə gələn uşaq və müəllimlər adından kino mərkəzinin əməkdaşlarına təşəkkürlərini bildirib və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu ediblər. Nizami Kino Mərkəzinin rəhbərliyi bu cür tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını vurğulayıb.

 

Mədəniyyət.- 2014.-  9 iyul.- S. 4.