“Azerbaijan Art Festival”

 

Bölgələrdə sərgi ustad dərsləri

 

Xəbər verdiyimiz kimi, “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət Festivalı”) layihəsi həyata keçirilir.

 

“Baku Creative Center”dən bildiriblər ki, turne şəklində Azərbaycanın bölgələrini əhatə edən layihə çərçivəsində ilk olaraq Astara rayonunda sərgi ustad dərsləri təşkil olunub. Sərginin açılışında Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva yerli rəssam Firudin Quliyev çıxış edərək təşkilatçılara minnətdarlıqlarını bildirib, layihənin davamlı olmasını arzulayıblar.

Layihənin əlaqələndiricisi Fərəh Ələkbərli “Azerbaijan Art Festival-2014” haqqında məlumat verib. Layihə iştirakçısı Gülnarə Kuzukova həvəskar rəssamlar üçün ustad dərsi keçib.

“Azerbaijan Art Festival-2014” layihəsinin növbəti sərgi ustad dərsi iyulun 5-də Lerik rayonunda keçirilib. Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov Mədəniyyət Turizm Şöbəsinin nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar. Rəssam Erkin Ələkbərli rayonun təsviri sənət həvəskarları üçün ustad dərsi keçib.

Layihə çərçivəsində daha bir sərgi Lerik rayonunda təşkil olunub. Açılışda layihənin kuratoru Fərəh Ələkbərli “Azerbaijan Art Festival-2014” haqqında məlumat verib. Sərgidə Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli, Mehriban Şamsadinskaya digər rəssamların əsərləri nümayiş etdirilir.

İyulun 30-dək davam edəcək layihənin proqramına Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, QazaxAğstafa rayonlarında da sərgilərin və ustad dərslərinin təşkili daxildir.

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 16.