HalayDunay festivalında ölkəmizi uğurla təmsil edib

 

İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı rəqs festivalı keçirilib. 10-dan çox ölkədən 30-a yaxın milli rəqs ansamblının iştirak etdiyi festivala bu il Azərbaycan qonaq statusunda dəvət alıb.

Ölkəmizi mədəniyyət bayramında Masallı rayonunun məşhurHalayrəqs qrupu təmsil edib. Kollektiv canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, habelə folklor nümunələrinin təqdimatını keçirib.

Festival zamanı ayrıca Azərbaycan musiqisi gecəsi təşkil edilib. Minlərlə musiqisevərin iştirakı ilə keçirilən festivalda təmsilçilərimizin çıxışı alqışlarla qarşılanıb.

Kaloça şəhərinin meri Ferents Terek sənətçilərimizə təşəkkürünü bildirib, nümayiş olunan Azərbaycan rəqslərinin tamaşaçıları valeh etdiyini deyib.

 

Mədəniyyət.- 2014.- 9 iyul.- S. 16.