Bakıda ən böyük hotelin tikintisi üzrə müqavilə imzalanıb

 

“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində paytaxtın ən böyük hoteli inşa ediləcək. Türkiyənin “AE Arma-Electropanc” podratçı şirkəti ilə “Bakı Şəhər” layihəsi çərçivəsində ilk və ən böyük hotelin tikintisi üzrə 42,5 milyon dollarlıq mexaniki, elektriksantexnika müqaviləsi imzalanıb.

“Bakı Şəhər”in ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ümumi sahəsi 90 min kvadratmetr olacaq hoteldə 818 otaq yerləşəcək.

Layihə yerliPaşa Construction” şirkəti tərəfindən icra olunur. Hotelin tikintisinin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarınadək, yəni 2015-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 2.