Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans

 

Sentyabrın 10-dan 12-dək Bakıda ensiklopedik biliyə malik alim Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. “Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda konfrans Azərbaycan Milli Elmlər Akademiyası RiyaziyyatMexanika İnstitutunun, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan universitetlərinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Beynəlxalq konfransa məqalələrin qəbulu iyulun 15-də yekunlaşacaq. Tədbirdə “Riyaziyyatın və məntiqin tarixi”, “Astronomiyanın tarixi”, “Nəsirəddin Tusi dövründə orta əsr Şərq elmi və mədəniyyəti” və “Riyaziyyat və astronomiyanın mövcud durumu və gələcəyə baxış” mövzularında məruzələr dinləniləcək.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 3.