Gənc alimlərə qrant mükafatı verilib

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) gənc alimlər üçün elan edilən qrant müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qrant müsabiqəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən keçirilib.

AMEA həmkarlar ittifaqının sədri, professor İsa Alıyev müsabiqənin gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, onlara əlavə yaradıcılıq imkanlarının yaradılması məqsədilə keçirildiyini bildirib. Müsabiqəyə 37 gənc alimin son 3 ildə əldə etdikləri elmi nəticələr təqdim edilib. Elmi nəticələrin ekspertizası qiymətləndirilməsi AMEA prezidentinin sərəncamı ilə yaradılmış komissiya tərəfindən aparılıb 21 gənc alim 3 kateqoriya üzrə qrant mükafatına layiq görülüb.

Sonra AMEA Rəyasət Heyətinin qərarı ilə müsabiqənin 1-ci kateqoriya üzrə 8 qalibinə 2500 manat, 2-ci kateqoriya üzrə 10 qalibinə 2000 manat, 3-cü kateqoriya üzrə 3 qalibinə 1500 manat pul mükafatı təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 4.