Dövlət kitabxana siyasətinə həsr olunmuş seminar

 

İyulun 9-da Azərbaycan AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda dövlət kitabxana siyasəti: nəzəriyyəsi və tarixi inkişaf ənənələri” mövzusunda növbəti elmi seminar keçirilib.

Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova çıxış edərək seminarın mövzusunun aktuallığından söhbət açıb, bu sahədə kitabxanada aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətlərindən bəhs edib.

Sonra kitabxanada tədqiqat aparan gənc mütəxəssislərdən Natiq Mürsəlovun “Azərbaycanda dövlət kitabxana siyasəti: nəzəri əsasları və prinsipləri” və Aytən Əliyevanın “Müstəqillik illərində Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətinin inkişaf dinamikası” mövzularında məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 6.