Şotlandiya qəzetində Bakı haqqında məlumat

 

1747-ci ildən fəaliyyət göstərən və dünyanın ən qədim mətbu nəşrlərindən sayılan Şotlandiyanın “The Press and Journal” qəzetində Azərbaycanın paytaxtı Bakı şəhəri haqqında məlumat yerləşdirilib. Məlumatda neftqaz sənayesi ilə tanınan Bakının dincəlmək üçün əlverişli məkan olduğu vurğulanır. Şəhərdə müasir mehmanxana şəbəkəsinin qurulduğu, yeni hava yolu xətlərinin turizm üçün əlverişli imkan yaratdığı diqqətə çatdırılır. Yazını bu linkdən oxumaq mümkündür: https://www.pressandjournal.co.uk/tag/azerbaijan/

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 9.