Kanadada Azərbaycan musiqisi günü

 

Kanadanın Niaqara-on-the-Lake şəhərində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən bildiriblər ki, Torontoda yaşayan soydaşlarımız tərəfindən yaradılan “Araz Danceqrupu xalq musiqisindən və milli rəqslərdən ibarət konsert proqramı ilə çıxış edib.

Səfirliyin müşaviri Elcan Həbibzadə qeyd edib ki, “Music Niagara” beynəlxalq musiqi festivalında Azərbaycanın milli musiqi proqramlarının təqdim olunması artıq ənənə halı alıb. Bu da öz növbəsində Kanadada Azərbaycan mədəniyyətinin tanınması, habelə mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

 

Mədəniyyət. - 2014.- 16 iyul.- S. 2.