İlk Avropa Oyunları karikaturalarda

 

Park Bulvar” ticarət və əyləncə mərkəzində “Bakı-2015” gənc karikaturaçıların gözü ilə” sərgisi keçirilib. Sərgidə 15 gənc karikaturaçının 40-a yaxın əl işi nümayiş olunub. Gənclər Bakıda keçiriləcək birinci Avropa Oyunlarının müxtəlif vasitələrlə təbliğinə töhfələrini veriblər. İlk Avropa Oyunlarına olan maraq karikaturalarda da öz əksini tapıb. Gənc rəssamlar bu tədbirlə birinci Avropa Oyunlarının təbliğinə qoşulduqlarını bildiriblər.

 

Mədəniyyət. - 2014.- 16 iyul.- S. 2.