İki ayda 11 mehmanxana, 9 şirkət lisenziya alıb

 

Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a və Nazirlər Kabinetinin 25 dekabr 2006-cı il tarixli «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mayiyun aylarında 11 mehmanxanaya və 9 turizm şirkətinə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.

Lisenziya almış mehmanxanamehmanxana tipli obyektlər: Bakı şəhərində yerləşən «Karvan Palace», «Panorama Villa Lux», «Admiral», «Asnaf Apart Hotel”, Qusardakı «Qusar Olimpik», Qəbələdəki «Qafqaz Sport Hotel», Xaçmazdakı «Xan Çinar», Qazaxdakı «Qazax Olimpik» mehmanxanaları, Qubadakı «Aynur», Göygöldəki «Cənnət məkan» və Gədəbəydəki «Bala Narzan» istirahət mərkəzləri.

Eyni zamanda «İSRA FLY», «DETOUR», «GranitAS Travel», «CTC Turizm», «Baku Holiday», «Yes Travel», «Sİ LTD», «New Baku» «Era Style» turizm şirkətləri nazirliyin lisenziyasını alıb.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 16 iyul.- S. 9.