Daşdan...

 

Çörəyi də, şan-şöhrəti də bu kobud əşyadan çıxmış incəsənətçi...

 

Kələ-kötür daşlar sənətdaşı Cəlal Qaryağdı. Zəhmətkeş əlləri natiq dillər kimi “danışan” bir sənətkar. Ürəyigeniş, qəlbidolu məlum dədələr qədər müdrik, mehriban uşaqlar təki səmimi bir insan. Hələ onun həmsöhbətcilliyi!..

 

Tez-tez görüşərdik. Belə bir məşhurun məni bəzi həmkarlarımdan fərqləndirdiyinə görə, zəngləşməkdən, görüşüb-söhbətləşməkdən doymazdım. Bir kərə də dedi ki, sizin qələmçilərin çoxusu sözə yalnız “natürmortçu kimi baxır. Amma əslində, bizim sənətimizlə - yəni heykəltəraşlıqla sizin sənətiniz yəni - söztəraşlıq arasında bir yaxınlıq var; bizdə məqsəd-məram tişə ilə yonulursa, sizdə ifadələrlə yoğrulur...

Bu kimi söhbətlər məndə daha yüksək məsuliyyət hissi doğurar, onunla bağlı yazı-pozularımda əməlli-başlı tər tökər və bu qənaətə gələrdim ki; “incəsənət” ifadəsi tək elə iki sözdən yaranmış bir möcüzə deyil və nə yaxşı ki, bunu bacaranların sayı çox azdır. Yoxsa bu də adiləşər, bir para adamlarda cəm olmuş intəhasız xoşbaxtlıqlar, var-dövlət kimi gözdən düşüb, dəyərsizləşərdi.

 

Beləliklə...

 

incəsənət təkcə maddi zinətlərin yox, həm də bütün mənəvi nemətlərin başında, incəsənətçilər isə bunların hamısının peşində duran nadir nəsnə, qadir kimsələrdir. Bu vəzifə xüsusi qabiliyyət, ilham, istedad, səbr-cəbr tələb etdiyindən, istehsalçılarının sayı istehlakçılarınınkından dəfələrlə azdır.

Və heykəltəraşlar yeganə sənətçilər ki, əllərindəki “çörək ağacı” qabar “məhsulu” da yetirir: məsələn, bu yazı qəhrəmanının əmisi - yetmiş il qaval döymüş Qaryağdıoğlu Cabbarın əlləri qabar görməyib.

Bu qabarlar İlahi ilhami...

Yəni, tez-tez dəyişən sənətarka”ları, çeşid-çeşid pozalar, pyedestal-pəstahlar yaradan əllər var, olumdan-ölümə - yaradıcılıq məzmunu qədər dəyişsə - formaca eynən qalan əllər . Həm ... bütün başqa sənət adamlarının problemi - bir qədər redaktə ya əlgəzdirim şərtiləbazar münasibətləriolduğu halda, heykəltəraşların işləri daha çox, mənəvibazarmüsibətlərilə əlaqəlidir. Onların illərlə tişələdikləri monumental bir əsər, bəzən kor-koramal birinqilabəsiminin badına gedir.

Bəli, başqa incəsənətçilərin işi xeyli asandır; zəmanə bəd gəldimi, rəssam hər hansı naqolay işini aradan çıxara, ədib özköhnə”lərini yeniseçilmiş əsərlər”inə salmaya, bəstəkardosye”li - simfoniyasını səsləndirməyə bilər. Bəs sənətin bu möhtəşəmçöl növü”nü - gecə-gündüz kütləvi tamaşaçı-xalq qarşısında ideologiya tərənnümatı saçanağır artilleriya”ları neyləyəsən?

Dövrünün seçkin sənətkarlarından, baş heykəltəraşlarından sayılan Cəlal Qaryağdıya bilavasitə dəxli olan bu məsələyə daha bir bənzətmə əlavə edib, onun sovetizmdən dolayıyaralıyaradıcılığına keçəcəm. Növbətibənzətməm”sə bu ki, əgər başqa sənətkarların matahları nəhəngictimai seyf”in içərisindəkilərdirsə, heykəltəraşlarınkı məhz o zindan seyfin özüdür...

 

29 il bundan öncə...

 

Hansı ki, həmin gün ünlü sənətkarımızın yetmiş yaşı tamam olurdu mən o vaxt ondan AzTV-ninGünün ekranıproqramına 4-5 dəqiqəlik bir süjet hazırlamalıydım. Yol boyu, təbii, öz növbəti obyekt-subyektim haqda düşünürdüm: - qoca tarixinhər zaman cavanprizmasıyla yanaşsaq, Şuşamızın dünənki qızı Xurşidbanu Natəvanı xalqımızın ulu nənəsi, qədimlik anası kimi təcəssüm etdirmiş sənət Fərhadımız barədə, hələ otuz yaşını yenicə adlayarkən yaratdığı Mirzə Ələkbər Sabir abidəsində milli müdrikliklə bəşəri satira-sarkazm vəhdəti yapmış kamil sənətkar haqda...

Emalatxanası ətrafındakı bir ağac kölgəsində sərinlənməkdə olan ustadı görüncə, çoxdankı bu yolboyu təəssürat qənaətlərim doğuldu; yetmiş sinli bu kişinin sifətindən, yalan olmasın, yeddi yaşlı bir uşaq məsumluğu yağırdı.

Əvvəlcə bir atüstüdedim-dedisöhbətimiz oldu ki, bunukəşfiyyatda adlandırmaq olar. Məlum oldu ki, əsil-kök şəxsi məfkurə etibarilə təpədən-dırnağa özgür olan bu sənətkarın bütün yaradıcı ömrü - beş-on milli mövzulu nümunəsi istisna edilməklə, özgələri tərənnüm etməkdə, yad-yabançıları yonub-yontalamaqda keçib: Lenin, Stalin, Fioletov, Çaparidze başqaları. Bu “ başqalarımənim hazırladığım süjetin xronometraj saniyələrindən çox olduğuna görə, söhbət hisslərinin gizlinində bir faciə yaşayan qocaman sənətkara çox əziyyət verməli olmadım. Hətta kefi bir az durulsun deyə, bu ideoloji tragikomediyanın bütün həyat səhnələrimizdə oynanıldığını bildirdim ona öz redaksiyamızla bağlıbir şəkil”lik qaravəlli söylədim. Dedim, bizdə bəzən plandakı 1 milyon ton əvəzinə 2 milyon ton neft çıxarılması faktı ilə rastlaşanda mikrofonlarımızınçiçəyi çırtlayır”, bu şad xəbəri xalqa bəxtəvər-bəxtəvər çatdırır hələ aşağı düşüb, hər ay “Krunk”adolyaötürən Zinaxanım”ın bufetində bu plan öhdəlikdən əlavə yağmalanmağımızıyuyan”lar da olur...

Nəysə... ikibaşlı gülümsünüb, onun böyük sənət tikintisi meydançasını xatırladan emalatxanasına keçdik. Mənimİncə sənətin yaradıcısı əllərmövzu-motivimdən xəbərdar teleoperatorumuz onun qabarlı əllərini, hər şeyi incələməyə yönəli gözləri ətrafındakı qıyıqları, alnındakı çalın-çarpaz qırışlarıkrupnı”layıb obrazlaşdırmaqda, mən isə bu zəhmətkeş, istedadlı əllərin illərlə sığal-tumar verib yaratdığı saysız barelyef, qorelyef, büst, heykəl, eskizlərini, bəzisi sınmış, bəzisi isə heç vaxt tamaşaçı, küçə, meydan vüsalına yetməyəsi fiqur abidələri müşahidə etməkdə.

Qısaca tanışlıq ərzində, mənə bel bağladığından, “lazım olmayanmətləblərə yönələn sənətkar, Sabirin Elmlər Akademiyası Rəyasət Heyəti binası yanındakı heykəlindən söhbət düşəndə gülümsündü. Dedi ki, bəli, əvvəl o heykəl ayaqüstü formada idi. qısası, sonralar... köhnə millətçi kişilərinSabiri oturtdular!” dediyi o işin müəllifi mənəm...

Dedim, ən qədim sələflərinizdən olan Fərhadın heykəlini yaratmaq arzunuz da olubmu? Dedi, olub, amma heç vaxt heç kimə duyurmamışam. Bilirəm ki, desəm, deyəcəklər olar, amma mütləq, nəsə bir sovet ştrixi, bolşevik çaları ilə...

Söhbətimizin qaçaraq bir dəmində soruşdum ki, niyə bu Qırat, Dürat xalqının paytaxtında bir at heykəli yoxdur? Bu barədə gen-geniş söhbətinin məğzi, sözünün canı bu ki; “...o atı minib İran-Turana atlanmaq xəyallarımızın qarşısının alınması üçün...”

 

danışmadıqlarımızdan...

 

Yəni nüvəsində tər-təmiz - özgür-özümüzlük olan məsələ-mətləblərdən, yaşadığı çox ciddi, “köhnə kişilərsifətli, mərdlik-mərdanəlik siqlətli şəxsiyyətindən. 15 yaşında Azərbaycan Rəssamlıq Texnikumunu, 20 yaşında Tbilisi Rəssamlıq Akademiyasını bitirən, 22 yaşında mükafata layiq görülən üç büst, beş barelyef yaradan bu sənətkar öz dövründə bütün ictimai rakurslardan görünənlərdən, sayılıb-seçilənlərdən olub. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun abidələri, dahi Qara Qarayevin, Fikrət Əmirovun büstləri, dillər əzbəri Səməd Vurğunun qəbirüstü abidəsi onun o vaxtkı söhbət müsahibələrimizdə danışmağa çətinlik çəkdiyiəsərsizəsərlərindən fərqli olaraq, yüzillərlə ucadan qürurla danışacaqlar. Nizami muzeyinin qərb fasadı lojasındakı monumental işi - Molla Pənah Vaqifin son dərəcə lirik, şairanə heykəli isə, tək eləXumar-xumar baxmaq göz qaydasıdırkimi misralar yox, həm müqəyyədusta-usta yonub-yapmaq ustad əl qaydasıdır!” kimi öygü nidaları da dalğalandırmırmı?..

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 16 iyul.- S. 10.