“Mənim ölkəm Şərq əməkdaşlığında”

 

Fotomüsabiqənin qalibləri mükafatlandırıldı

 

İyulun 12-də Müasir İncəsənət Mərkəzində fotoqrafiyanın yaranmasının 175 illiyinə həsr olunmuş müsabiqəyə yekun vuruldu. Avropa Birliyinin maliyyə və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə keçirilən müsabiqənin qalibləri təltif edildi.

Tədbiri Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu açaraq müsabiqə barədə ətraflı məlumat verdi. İki mövzuda keçirilən müsabiqəyə maraqlı fotoların təqdim olunduğunu vurğuladı. Qeyd etdi ki, layihənin məqsədi Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının əhatə etdiyi dövlətlərin (Azərbaycan, Ukrayna, Gürcüstans.) xüsusiyyətlərini əks etdirməkdir.

Əvvəlcə fotomüsabiqənin birinci mövzusu - “Say Chesse” layihəsinin “Mənim ölkəm Şərq əməkdaşlığında” mövzusu üzrə fərqlənən fotoların müəlliflərinə sertifikatlar təqdim olundu. Bu müsabiqəyə 54 həvəskar və peşəkar fotoqrafın ümumilikdə 640 fotosu təqdim olunub. Müsabiqənin münsiflər heyəti Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənov, birliyin idarə heyətinin üzvü Rauf Umudovqurumun üzvü Sevinc Aslanovadan ibarət olub.

Mövzu üzrə qaliblər - Gülnar Səlimova, Əlizamin Səfərov, Əli Xudiyev, Natəvan Vahabova ölkəmizi Ukrayna, Moldova, GürcüstanBelarusda avqust-sentyabr aylarında keçiriləcək beşgünlük plenarda təmsil edəcəklər.

Daha sonra 12 iyul - Dünya Fotoqraf Günü münasibətilə Azərbaycan Fotoqraflar Birliyi və “Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə mərkəzi”nin birgə layihəsi olan “Dairə” müsabiqəsinin qalibləri elan olundu. Müsabiqədə 35 həvəskar və peşəkar fotoqrafın əsərləri iştirak edib. Qalibləri Mirnaib Həsənoğlu, Rauf Umudov, Sevinc AslanovaAyxan Əhmədovdan ibarət münsiflər müəyyən ediblər. Elza Sultanova, Rəşad Mehdiyev, Kamil Adıgözəlovun fotoları müsabiqənin ən yaxşısı seçilib. Qaliblərə diplomlar, eyni zamanda bütün iştirakçılara sertifikatlar verildi.

Sonda müsabiqəyə təqdim olunmuş fotolara baxış keçirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 16 iyul.- S. 12.