Mədəniyyət və turizm naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

 

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyul ayının 25-də, saat 10:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (N.Nərimanov prospekti, 4) Şəki, Mingəçevir şəhərləri, Qax, Ağdaş, Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 3.