Turizm və ziyarət üzrə beynəlxalq konqres keçiriləcək

 

Sentyabrın 18-dən 20-dək Dünya Turizm Təşkilatının, İspaniyanın Sənaye, EnerjiTurizm NazirliyininQalisiya regional hökumətinin birgə təşkilatçılığı ilə Santyaqo-de-Kompostelada turizm və ziyarət üzrə I beynəlxalq konqres keçiriləcək. Konqresin məqsədi ziyarət yollarının tarixi və mədəni irsinin dini və dünyəvi aspektinə diqqət yetirməklə onların turizm üçün əhəmiyyətini işıqlandırmaqdır.

Tədbirdə irsi varlığın qorunmasında və saxlanmasında turizm siyasəti və strategiyası müzakirə ediləcək. Ziyarətin davamlı və məsuliyyətli turizmin inkişafına, eləcə də turizmin beynəlxalq qarşılıqlı anlaşmaya töhfəsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 3.