Tatarıstan telekanalında Azərbaycanın tatar icması haqqında veriliş

 

“Tatarıstan - novı vek” teleradioşirkətinin (TNB) əməkdaşları “Tatarlar” proqramı üçün Azərbaycanda çəkilişlər aparıblar. Tatarıstanın Bakıdakı daimi nümayəndəliyindən bildiriblər ki, “TNB”nin çəkiliş briqadası ezamiyyət müddətində tatar icmasının həyatını mümkün qədər hərtərəfli işıqlandırmağa çalışıb. Yaxın günlərdə telekanalın tamaşaçılarına Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin, “Turan telTatar Mədəniyyəti Cəmiyyətinin və “YaşlekTatar Gəncləri Mərkəzinin fəaliyyətinə həsr olunmuş silsilə verilişlər təqdim olunacaq. Verilişlərdə Bakıdakı tatar məzarlığından, Azərbaycanın tatar icmasının tanınmış simalarından və s. söhbət açılacaq.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 3.