Ulu öndərə həsr olunur...

 

İyulun 14-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə konsert keçirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət kollektivlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə musiqi nömrələri, ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Çıxışlarda həmçinin dahi şəxsiyyətin hakimiyyətə gəldiyi tarixi dövr, Azərbaycanın o vaxtkı vəziyyəti və 1969-1982-ci illərdə, eləcə də 1993-cü ildən başlayaraq respublikamızın keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən və bu işlərdə ulu öndər Heydər Əliyevinonun layiqli davamçısı, Prezident İlham Əliyevin müstəsna rolundan söz açılıb.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 5.