Azərbaycan Respublikasinin Mədəniyyət Konsepsiyasi

 

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın  təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 Azərbaycan mədəniyyətinin inkişafını, daxilixarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

  İlham ƏLİYEV,

 

 Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 14 fevral 2014-cü il

                  ¹ 273

--------------------------------------------------------------------------------------------------------

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası

 

1. Məzmun

 

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət siyasətinin tərkib hissəsidir. Dövlət quruculuğu, iqtisadiyyatsosial sahələrdə həyata keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da bilavasitə təsir göstərmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxsaylı daxilixarici problemlərlə üzləşmiş, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Məhz belə şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə daxili siyasi sabitlik bərpa edilmiş, ölkənin gələcək inkişafının strategiyası və əsas istiqamətləri müəyyənləşdirilmişdir. Həmin vaxtdan etibarən bütün fəaliyyət sahələrində, o cümlədən mədəniyyət sahəsində köklü islahatlar aparılmış və yüksək nailiyyətlər əldə edilmişdir.

Azərbaycanın sosialiqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir.

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununa görə mədəniyyət sahəsində dövlət siyasəti:

bərabərlik - hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;

demokratiklik - əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması;

humanistlik - dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması;

inteqrasiya - dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi;

tarazlılıq - mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi;

keyfiyyətlilik - mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması;

dünyəvilik - dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması;

səmərəlilik - mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;

varislik - mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi;

istedad amili - fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi kimi prinsiplərə əsaslanır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 22 muzeymuzey filialları, 4 rəsm qalereyası, dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242, yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, ümumdünya əhəmiyyətli 6 memarlıq və 7 arxeoloji abidə, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilmişdir.

Beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının da qoşulduğu "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il 14 may tarixli Konvensiyanın müddəalarına zidd olaraq həmin abidələrin əksəriyyəti talan edilmiş, dağıdılmış, yerlə yeksan edilmişdir. Cavabdehin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində zəruri tədbirlər davam etdirilməlidir.

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra -Konsepsiya) Azərbaycan mədəniyyətinin inkişafının, daxilixarici təhdidlərdən (saxtakarlıq, mənimsəmə, təhriflər, tarix və mədəniyyət abidələrinin məqsədli şəkildə məhvi və s.) qorunmasının və dünya mədəniyyətinə uğurlu inteqrasiyasının əsas istiqamətlərini, mədəniyyət hüquqlarının təminatı formalarını müəyyən edir.

Konsepsiya mədəni sərvətlərin, o cümlədən maddiqeyri-maddi mədəni irs nümunələrinin, Azərbaycanın xarici dövlətlərdə milli mədəni irsinin, beynəlxalq hüquq normalarına əsaslanaraq qorunması, bərpası, təbliği və təşviqi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

2. Konsepsiyanın əsas məqsəd və vəzifələri

 

Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunmasından ibarətdir.

Konsepsiyanın əsas vəzifələri mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir.

 

2.1. Hüquqi təminatın inkişaf etdirilməsi

 

Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan və vətəndaş hüquqları və azadlıqları kimi fundamental əsaslarının təmin olunması milli maraqların həyata keçirilməsinə əhəmiyyətli dəstəkdir. Bu səbəbdən mədəniyyət siyasətinin həyata keçirilməsinin əsas vasitələrindən olan mədəni həyat və onun hər bir mərhələsinin - mədəni sərvətlərin yaradılması, qorunması, təşviqi və mənimsənilməsi proseslərinin hüquqi tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin zəruriliyi nəzərə alınaraq, aşağıdakı vəzifələr müəyyən edilir:

-mədəniyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətləri tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

- əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması;

- mədəniyyət sahəsində peşəkarlıq səviyyəsinin artırılması.

 

2.2. Mədəniyyətin idarə olunmasında müasir üsulların tətbiqi

 

         Mütərəqqi beynəlxalq təcrübəyə əsasən, mədəniyyətin idarə olunmasında ən müvəffəqiyyətli üsullar bu işə dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və özəl sektorun cəlb olunması, dövlət orqanlarının və bələdiyyələrin qarşılıqlı əməkdaşlığı, mədəniyyət təsisatlarından səmərəli istifadənin təşkili, mədəniyyət sahəsində dövlət siyasəti prinsiplərinin rəhbər tutulması, müasir innovativ idarəçilik metodlarının tətbiqi və inhisarçılığın qarşısının alınması yolu ilə təmin edilir.

Mədəniyyətin idarə olunması sahəsində aparılacaq islahatlar çərçivəsində aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- dövlət mədəniyyət sisteminin təkmilləşdirilməsi, mədəniyyət, o cümlədən incəsənət sahələrinin idarə olunmasında yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi;

- mədəniyyət, o cümlədən incəsənət sahələrində art-menecmentprodüserlik sistemlərinin formalaşdırılması və müasir inzibatçılığın təşviqi;

- qeyri-hökumət təşkilatları və özəl sektorla əməkdaşlığın həyata keçirilməsi, milli mədəni özünəməxsusluğun və çoxşaxəliliyin, multikulturalizmin qorunub saxlanılması, fərdi təşəbbüslərin təşviq edilməsi və layihələrin həyata keçirilməsi məqsədi ilə mədəniyyət sahəsində davamlı liberallaşmanın aparılması.

 

2.3. Maliyyə mənbələrinin diversifikasiyası

 

Azərbaycan Respublikasında mədəniyyət sahəsinin maliyyə mənbələrinin diversifikasiyası üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitin inventarlaşdırılması, təhlili, qiymətləndirilməsi və səmərəliliyinin artırılması nəticəsində optimal maliyyələşmə həddinin müəyyənləşdirilməsi, habelə xərclərin ünvanlı istifadə edilməsi məqsədi ilə dövlət sifarişlərinin daha geniş tətbiq olunması və ayrılan dövlət vəsaitlərinə nəzarətin gücləndirilməsi;

- mədəniyyətin maliyyə imkanlarının genişləndirilməsi üçün alternativ maliyyə mənbələrinin (büdcədənkənar vəsaitlər, qrantlar, ianələr və digər qanuni maliyyə mənbələri) cəlb edilməsi;

- menecmentmarketinqin inkişaf etdirilməsi vasitəsi ilə mədəniyyət müəssisələrində göstərilən ödənişli mədəniyyət xidmətlərinin təkmilləşdirilməsi, o cümlədən genişləndirilməsi.

 

 2.4. İnformasiya təminatının təkmilləşdirilməsi

 

Dövlət quruculuğunun digər sahələri kimi Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması da hərtərəfli mədəni-siyasi tədqiqatlara və əlaqəli innovasiyalara əsaslanmalıdır. Eyni zamanda, təşəkkül tapmaqda olan qlobal informasiya cəmiyyətində elmi əsaslandırılmış informasiyanın rolunun artması diqqətdən kənarda qalmamalıdır. Bu məqsədlə mədəniyyət sahəsində informasiya təminatının təkmilləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- elmi-metodiki tədqiqatların aparılması, statistik məlumatların toplanılması, ictimai rəyin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların keçirilməsi, müasir sənədləşmənin tətbiq edilməsi, məlumat bazalarının yaradılması, milli və beynəlxalq konfrans, seminar və digər tədbirlərin keçirilməsi;

- daxilixarici mədəniyyət siyasəti, mədəniyyətin, o cümlədən incəsənətin müxtəlif sahələri, həmçinin ayrı-ayrı regionlar üzrə proqram layihələrinin işlənilib hazırlanması və icrasının təmin edilməsi;

- informasiyareklam işinin müasirləşdirilməsi, millixarici kütləvi informasiya vasitələrində və internet şəbəkəsində Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin layiqincə təmsil olunması;

- mədəniyyət, informasiya, reklam və yayım proqramları vasitəsi ilə mədəniyyət-informasiya məkanının formalaşdırılması;

- zorakılığa, sosial, irqi, millidini ayrı-seçkiliyə çağırışların, milli-mənəvi dəyərlərə zidd davranışların və fəaliyyətlərin, əxlaqsızlıq, erotika, pornoqrafiya, narkomaniya və digər neqativ halların yaranmasına xidmət edən vasitələrin təbliğinin qarşısının alınması.

 

2.5. Təhsil və insan resurslarının inkişafı

 

Mədəniyyət sahəsinin davamlı inkişafının təmin olunmasında bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi, çoxpilləli mədəniyyət təhsili sistemi və şəbəkəsinin müasirləşdirilməsi zəruridir. Mədəniyyət sahəsində təhsil və insan resurslarının inkişafının təmin olunması məqsədi ilə aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- Azərbaycan Respublikasının mədəniyyət, o cümlədən incəsənət xadimlərinin zəruri tələbatlarının iqtisadi imkanlar daxilində ödənilməsi üçün tədbirlərin görülməsi, onların fəal yaradıcılığı məqsədi ilə şəraitin yaxşılaşdırılması;

- mədəniyyət sahəsində təhsil, o cümlədən əlavə təhsil sisteminin təkmilləşdirilməsi, həmin məqsədlə xarici ölkələrə təcrübə səfərlərinin təşkili və tanınmış əcnəbi mütəxəssislərin Azərbaycan Respublikasına dəvət edilməsi;

- müsabiqə, sərgi, festival və digər tədbirlərin təşkili yolu ilə gənc istedadların üzə çıxarılması işinin davam etdirilməsi;

- mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyətləri barədə məlumat bazasının yaradılması;

- Azərbaycanın xarici ölkələrdə yaşayan mədəniyyət xadimləri haqqında məlumat bazasının formalaşdırılması, həmin şəxslərin Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin inkişaf etdirilməsi, habelə əsərlərinin respublikadaxarici ölkələrdə təbliği istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi.

 

2.6. İnfrastrukturun müasirləşdirilməsi

 

Mədəni sərvətlərin yaradılması, mühafizəsi və istifadəsi mövcud maddi-texniki bazanın gücləndirilməsini və infrastrukturun müasirləşdirilməsini şərtləndirir. Qloballaşan dünyada cəmiyyətin və mədəniyyətin tərəqqisi informasiyakommunikasiya texnologiyaları olmadan mümkün deyildir. Bu baxımdan mədəniyyət infrastrukturunun müasirləşdirilməsi üçün aşağıdakı əsas vəzifələr müəyyən edilir:

- mədəniyyət müəssisələri üçün orijinal layihələr əsasında nümunəvi binaların tikilməsi;

- təmirə ehtiyacı olan mədəniyyət obyektlərində növbəlilik prinsipi üzrə müvafiq işlərin görülməsi;

- mədəniyyət obyektlərinin müasir mühəndis qurğuları və texnoloji sistemlərlə təchizatı;

-mədəniyyət obyektlərində müasir informasiyakommunikasiya texnologiyalarının tətbiqi.

 

2.7. Beynəlxalq əməkdaşlıq

 

Qloballaşan dünyada Azərbaycan Respublikasının inkişafının mühüm amillərindən biri kimi beynəlxalq əməkdaşlığın vacibliyini, mədəniyyətlərarası dialoqun həyata keçirilməsində və mədəni sərvətlərin təbliğində turizmin əsas vasitələrdən biri olduğunu nəzərə alaraq, Azərbaycan mədəniyyətinin xaricdə təqdim və təbliğ edilməsi, həmçinin dünya xalqlarına məxsus ən parlaq mədəniyyət nümunələrinin Azərbaycanda yayılmasına şərait yaradılması üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir:

- Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, YUNESKO, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, TÜRKSOY, İSESKO, Müstəqil Dövlətlər Birliyi, GUAM, QDİƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsi ilə milli mədəniyyətin xarici ölkələrdə təbliği;

- mədəniyyətlərarası dialoqun dəstəklənməsi;

- Avropa, Asiya, Amerika, Afrika dövlətləri, türkdilli və digər ölkələrin xalqları ilə mədəniyyət və turizm sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi;

- Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində mədəniyyət mərkəzlərinin təsis olunması, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən yaradılmış mədəniyyət mərkəzlərinə konsultativ, metodiki, təşkilati-texnoloji və digər dəstəyin göstərilməsi;

- Azərbaycana qarşı erməni təcavüzü və erməni terroru, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyəti, siyasi-hüquqi aspektləri, münaqişənin həlli prosesi, Azərbaycanın işğal edilmiş ərazilərindəki tarix və mədəniyyət abidələrinin vəziyyəti, talan edilmiş daşınan sərvətləri və əqli mülkiyyətin ermənilər tərəfindən oğurlanması haqqında beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması;

- dünya mədəni irs obyektlərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi;

- qabaqcıl təcrübələrin və yeni texnologiyaların beynəlxalq mübadiləsi;

- xarici dövlətlərin mədəni irslərinin qorunması, bərpası və inkişafının dəstəklənməsi.

 

(Ardı var)

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 6.