İlk andan bu alətin səsinə valeh oldum

 

Həmyerlimiz Cəmilə Cavadova-Spitsberq okeanın o tayında Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil edir

 

Bu gün Azərbaycan musiqisi dünyada uğurla təbliğ olunur tanınır. Ölkəmizdən kənarda yaşayan sənətçilərimiz Azərbaycanın mədəniyyətini, musiqisini vətənin bir parçası kimi özləri ilə daşıyır, musiqisevərlərə ərməğan edirlər. Musiqi mədəniyyətimizi Avropa Amerikada tanıdan, onu yüksək səhnələrdən səsləndirən həmvətənlərimizdən biri Cəmilə Cavadova-Spitsberqdir.

 

Cəmilə xanım Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqan ifaçısıdır. Hazırda ABŞ-ın Texas ştatının Dallas şəhərində yaşayır bu şəhərin dövlət universitetində professor-mühazirəçi kimi çalışır. Eyni zamanda solo ansambl ifaçısı kimi fəaliyyət göstərir. Onun ötən ay Bakıda keçirilən konserti musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Sənətinin vurğunu olan ifaçı bizimlə söhbəti zamanı orqan musiqisinin keçmişindən bəhs etdi yeni layihələri haqqında məlumat verdi.

 

- Cəmilə xanım, musiqiyə gəlişiniz öz istəyinizlə olub, yoxsa ailənizin məsləhəti rol oynayıb?

- Beş yaşımdan musiqiyə maraq göstərməyə başlamışam. Məndən 13 yaş böyük bacım Həmidə bu zaman artıq professional şəkildə ifaçılıqla məşğul idi. Mən onun ifalarını dinləyər, musiqi aləti ilə necə davranmasına baxardım. Beləliklə, məlum oldu ki, mənim qabiliyyətim var. Valideynlərimin istəyi ilə imtahan verərək Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldum. O zaman fortepiano musiqisini çox bəyənirdim. Sevdiyim musiqi əsərləri var idi bacımdan xahiş edirdim ki, bacarmadıqlarımı o ifa etsin.

Orqanın səsini isə ilk dəfə on bir yaşım olanda televizorda eşitdim o andan bu alətin səsinə valeh oldum. Həmin vaxt anama dedim ki, mənim sinfimi dəyişsin. Lakin o dövrdə məktəbimizdə orqan musiqisi bölməsi yox idi. Təbii ki, bu istəyim reallaşmadı. Nəhayət, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olunandan sonra bu arzum həyata keçdi. Orqan ifaçılığı kafedrasında Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovadan dərs aldım. Təhsilimi iki ixtisas üzrə: musiqi nəzəriyyəçisi orqan ifaçısı kimi bitirdim.

 

- Hazırda Amerikada yaşayırsınız. Bu ölkədə Azərbaycanda musiqiyə, o cümlədən orqan musiqisinə münasibəti necə müqayisə edərdiniz?

- 1995-ci ildən vətəndən kənarda yaşayıram. İlk olaraq Bəhreyndə yaşadım iki il orada dərs dedim. Ondan əvvəl - 1992 1994-cü illərdə təhsilimi Avropada davam etdirmək məqsədilə Danimarka İsveçdə olmuşdum. 2001-ci ilə qədər Hollandiyada yaşadım. Burada olduğum müddətdə orqan musiqisi üzrə təhsilimi davam etdirdim. Amsterdam Konservatoriyasını orqan ifaçılığı üzrə bitirərək holland bəstəkarı Antoni fon Nordun yaradıcılığı mövzusunda dissertasiya müdafiə etdim. Həmin illəri ömrümün ən xoşbəxt illəri hesab edirəm. Çünki bu müddətdə XVII-XVIII əsrlərin alətlərində ifa etmək mənə nəsib oldu. Dahi bəstəkar Motsartın çaldığı orqanda mən ifa etdim, konsertlər verdim. Bir musiqiçi kimi bu mənim üçün şərəf idi.

Amerikaya isə 2001-ci ildə köçdüm orada doktorluq dərəcəsi aldım. Müqayisədə isə onu deyə bilərəm ki, həm Azərbaycan, həm Hollandiya Amerikada klassik musiqiyə maraq eynidir. Çox sevindirici haldır ki, Azərbaycan klassik musiqisində Üzeyir bəyin yaratdığı məktəb bu gün Avropa Amerika məktəbləri ilə eyni səviyyədədir. Təhsil sistemləri fərqli olsa da, sonda eyni nöqtədə birləşirlər. Mən Azərbaycan məktəbinin yetirməsiyəm bu özü dəlalət edir ki, əgər mənim təhsildə təməlim zəif olsaydı, onlarla eyni səviyyəyə qalxmağa çətinlik çəkərdim. Demək, bu yollar bir başlanğıcın müxtəlif qollarıdır axırda yenə birləşirlər. Orqana münasibət barədə isə deyərdim ki, bir vaxtlar Avropada yalnız kilsələrdə quraşdırılan dini musiqi ifa edilən bu alətə indi bütün dünyada musiqi ocaqlarında, konsert salonlarında rast gəlmək olar. Amerikada orqana dini musiqi aləti kimi, Azərbaycanda isə sadəcə bir musiqi aləti kimi yanaşılır. Bilirsiniz ki, Azərbaycanda konsert salonu üçün orqan ilk dəfə 1964-cü ildə Bakı Musiqi Akademiyasında AlmaniyanınEule Bautzen” şirkəti tərəfindən quraşdırılıb. Amma Bakıdakı alman kirxasında hələ XIX əsrdə alman ustası Valker tərəfindən orqan quraşdırılmışdı. Bu gün artıq orqan sədləri aşaraq konsert aləti kimi təqdim edilir ona daha çox tələbat var.

 

- Amerikada fəaliyyətiniz nədən ibarətdir?

- Amerikada tələbəlik illərimdə də oxuduğum universitetdə fakültativ dərslər deyirdim. Universiteti bitirəndən sonra iki il Korsekana şəhərində kollecdə müəllimlik fəaliyyəti ilə məşğul oldum. Hazırda Texas Universitetində çalışıram. Musiqi sahəsi üzrə mühazirələr oxuyur, musiqi tarixindən dərslər verirəm. Amerika universitetləri ilə bizim universitetlərin fərqli təhsil sistemi var. Orada əsas kurslarla yanaşı, müəllimlərə istədikləri kursları təşkil etməyə imkan yaradılır. Bu imkandan yararlanaraq mən “Musiqi tarixində ziddiyyətli şəxslər” adlı kurs açmışam və bu kursa tələbələrin böyük marağı var. Musiqi tarixində ziddiyyətli şəxslər, bəstəkarlar çox olub. Biz onlar haqqında danışırıq. Onların sırasında alman bəstəkarı Rixard Vaqner, rus bəstəkarı İqor Stravinski və digərləri var. Eyni zamanda şəxsi pianoorqan studiyam var. Mütəmadi olaraq tələbələrimlə konsertlər veririk. Bu konsertlərə Azərbaycan bəstəkarlarının əsərlərini daxil etmişəm. Tələbələrimi Azərbaycan bəstəkarlarının pianoorqan əsərlərini ifa etməyə həvəsləndirirəm. Qara Qarayevin, Tofiq Quliyevin, Nazim Əliverdibəyovun əsərlərindən ibarət tələbə konsert gecələrini təşkil edirik. Musiqiçi kimi kilsələrdə də çalışmışam. Müəllimim Tahirə Yaqubovanın orqan üçün işlədiyi Qara Qarayevin prelyüdlərini ifa etmişəm. Bundan əlavə, Amerikada, dünyanın müxtəlif şəhərlərində konsertlərim olur.

 

- Bakıdakı konsertinizi necə dəyərləndirirsiniz?

- Paytaxtımızda ilk konsertim 2005-ci ildə Bakı Musiqi Akademiyasında olmuşdu. KameraOrqan Musiqisi Zalında təşkil olunan budəfəki konsertçox gözəl keçdi. Fürsətdən istifadə edib konsertin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Konsertimə sənət yoldaşlarım da qatılmışdı. Dinləyicilərdən çox razı qaldım. Onlar məni təəccübləndirdilər. Dünyanın dinləyiciləri fərqlidirlər. Avropada ifa bitdikdən sonra musiqiçini alqışlayırlar. Amerikada isə dinləyici daha çılğındır. Mən Amerikada olan dinləyicilərin azadlığını və çılğınlığını Azərbaycan dinləyicisində gördüm. Onlar öz hislərini tam şəkildə büruzə verirdilər.

 

- Bakı Musiqi Akademiyası ilə əlaqələrinizi davam etdirirsinizmi?

- Bu tədris ocağına çox bağlıyam. Orqan musiqisi sinfi isə xüsusilə mənə əzizdir. Burada Tahirə Yaqubova, Rasimə Babayeva kimi pedaqoqlar dərs deyir. Bakıda olduğum zaman tədris prosesində iştirak edirəm və bir neçə dəfə tələbələrə ustad dərsləri də keçmişəm. Budəfəki gəlişimdə də tələbələrlə görüşdüm, fikir mübadiləsi apardıq. Onlara hər zaman kömək etməyə hazıram. Bizdə bu sahənin inkişafı çox vacibdir. Qara Qarayev, Zakir Bağırov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Sərdar Fərəcov, Cəlal Abbasovbaşqa bəstəkarlar orqan üçün əsərlər yazıblar.

 

- Nə kimi planlarınız, layihələriniz var?

- Tətildən sonra dahi bəstəkarımız Qara Qarayevin əsərləri üzərində işləyəcəyəm. Ən böyük arzum bu bəstəkarın əsərlərindən ibarət albomumun işıq üzü görməsidir. Albom Hollandiyada hazırlanacaq.

 

Lalə Azəri

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 10.