İstedadın dadı...

 

Məhəmməd Füzuli - 520

 

 

Ey ustadlar Ustadı, səndə öz Məcnunundanmı da füzun aşiqlik istedadı varmış?..

 

...Sənin o qara baxtın hansı canan “həbs”ində yatırmış ki, bütün xalqı oyadan əfğanından oyanmırmış? Muradının şamı hansı dərinliklərdəymiş ki, fələkləri yandıran ahından bir çınqı da alıb yanmırmış? Özün öz qələm ələminlə yaratdığın o aləm-ölkədə necə qəribmişsən ki, qapını heç kəs açmırmış - “badi-səbadən qeyri”?

...Və sən necə mövcudi-mərhummuşsan ki, - rəhmət sənə, ey Füzuli, öldün - əfğanınla xəlqə əziyyət vermədin, - deyibsən?..

 

Aha... daha xitabsız...

 

Deməli, Füzuli - Eşqi-Ali! Çağlar təb çeşməsi, ilahi kədər dəlisi, qəm Məcnunu...

beş yüz il öncələr onun “Gəl sanma Füzuli dərdini asan, ey təbib!” - deyə poetik xitab etdiyi peşə sahiblərinə bir para nəsri xitabım:

Ey həkimlər! Sizbu ali dərdə çarə axtarmayın. Bu “bihudə iş”ə varmayın. Onnansa, kürreyi-ərz həmkarlarınızı başınıza yığın və bu könüllər həkiminin, qəlblər hakiminin həmin şeirini dübarə mütaliə-müayinə edin. “Sən qan almaqla yəqin, bir faidə verməzsən cana” misrası üstdə bir məsləhət-məşvərət, bir “həbibi-təbib” konsiliumu keçirin. Öz tutiya təşbehlərilə bütün bənzətmələrdən daha uca, fitrətən zirvə, fikrətən xoca, zikrətən qosqoca bu “xəstə”nin könül canını təpədən-dırnağa yoxlayın və onun xitab etdiyi o naməlum sələfinizi təkləyib də - qınamayın. Nədən ki, qadam, buazari-bazar”, ümumiyyətlə, sizlik deyil. Nə “ol vəqt”lər, nə indilər, nə də - çox maraq-məşqi dəyişsə də, Eşqi heç zaman sönməyəsi bütün gələcəklərdə...

 

“Və gər”...

 

Əvvəla, Füzuli dünyasına yeniqədəmlilərçün deyim ki, Füzuli diliycə bu “və gər” “və əgər” deməkdir (Bəs necə, “əməliyyat” tək elə sizə - səhhət ustalarına aid deyil ki, - canan ustadına da xasdır!). İkincisi, onun bu əməliyyatla öz zəmanəsinin hal-əhvalını necə hipnoz-diaqnoz etdiyinin əncami-əczaxanasını yaratmaq eşqinə düşün:

 

Əgər su damənin tutdum, rəvan üz döndərdi məndən,

Və gər güzgudən umdum sidq, əks-müddəa gördüm.

 

Bəli, heca-üslub xatirinə neçə-neçə assimil-dissimilyasiyalar edib - bu Söz həkimi. Fikri “itmamə” yetsin deyə, “ki, ey şux” cananı üzərində “key şux” “əməliyyat”ı aparıb. Bir sözlə, eyikinci ömrün müəllifləri” kimi müasir-modal təşbehlərlə öyülən çağdaş yoldaşlar, Süleyman peyğəmbər quş dilini necə bilibsə, bu Süleyman oğlu Məhəmməd Füzulihuş-guş dilini eləcə bilib...

Və əgər bu “dərd”in sizlik də olmasını istərsəniz, onda gərək “bəşəri-müalic” peşənizdə onun “əşari-məlalət” tişəsinə uyğun çalışasınız. Bacarıqla istedadın sədayi-Məcnunluğuna, bəlayi-Leyliliyinə yoluxasız. “Düsturül-əməl”lərlə “bəlayi-eşq” təməllərini uzlaşdırasız. Hərdən də... güzərani-məlamət başınızı “qıl aşina” qeylü-qalına salasız. Adına “səri-kuyin yarın” deyilən məkanları özünüzçün “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!” hesab edəsiz. Dərd əlindən dağa çıxıb, elə biləsiz ki, yaylağa qalxıbsız. O könüllər zirvəsindən düşəmməyəndə, “Hippokrat andı”nıza asi düşməyəsiz. “Öylə sərməstəm ki, idrak etməzəm...” kimi qərarlar verib, “Neçin qılmaz mənə dərman, Məni bimar sanmazmı?” sayaq biəti-eşq səhhətinə qəsəm edəsiz. Beləcə-beləcə, sizli-bizli - hamılıqla “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni” alxışlı qarğışlara tutulub, “səhhəti-can”, sənəti-irfan olaraq, bəşəri-şeiriyyətin bu “heyrət, ey büt!” kanı önündə bağır basıb, siyasi-iqtisadi, sosial-mədəni toparlanmalıqla milli bir ortaq məxrəcə gələk. Gözəgörünməzə “ya rəbb, bu nə aləm?!”, tərifi-sözəgəlməzə “bu nə təb?!” deyibən, Gözəl Allahımızın bu başdan-başa Sənət, təpədən-dırnağa Qəzəl Bəndəsinə “birnəfəsə” reqlamentli, “yarnəfəsə” temperamentli xitab edək. Özüonun öz şeriyyət-qəzəliyyatındakı “tapşırma” formatında:

 

Ey Füzuli!..

 

Əslində, bu dərd heç bizlikdeyil, babam! Deyəsən heç, heç kimlik deyil, ey söz mülkümüzün ən əbədi-ədəbi sarayı, sənət nəslimizin “ənkə böyüyü”! Bu öylə bir fenomenal-labirintal mülk ki, sifarişçisi də Sən özün, memarı da, icraçısı, bənnası, sakini də. “Bizimhesab etdiyimizbu dünya bir pəncərədir - hər gələn baxar gedər”dirsə, Sənin dünyan al-əlvan bir mənzərədir - hər ötəri baxan axar gedər, betəri baxan - canını odlara yaxar gedər...

Bu bənzərsiz mənzərədə, kəlamlar ormanında əl atıb gülləməli frazalardan biri də elə sizin özləriniz - sözsözçü:

 

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kimmiqdar olsa, əhlin eylər ol miqdar söz.

 

Bu hesabla bu Ustadın sidqi nə qədər artmış olur?! Bunun qədər-miqdarını hesablamaqçün media, ədəbiyyat, dil institutları kontingentlərinin (hələ sözün başına oyun açan bəzi ədib-ədəbiyyat agentlərini, “- Leyli, Leyli! - Nədi, Məcnun?” oxuyan stilmentləri demirəm) cəmi statistikası bəs edərmi? Bu “...hər ləhzə yoxdan olur var”ın rəmzini necə bəzmi-həzm etməli? Yəni, doğrudanmı bu möcüzələr yazılmağa başlanmazdan əvvəl bu sözlər yerli-dibli yox imiş, birdən-birə, lapdan-“yoxdanvar olublar? Yəni həqiqətənmi; -

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm - Məcnunun ancaq adı var, -

 

kimi közlər və (əstəğfürullah) haqdan gələn:

 

“Gər dersə Füzuli “gözəllərdə vəfa var”,

Aldanma ki, şair sözü, əlbəttə, yalandır -

 

kimi sözləryoxdan varolublar?

Yox, eyrindü-şeyda”, “hər işi xəlqə rüsva”! SəninSorsalar bu sevdadırehtimalın həmişə tətikdə olduğu üçün, mənibu məntiqi-sevdadırdeyə qınayasıların xatirinə, helmi yanaşmadangül kimiənənəvi yarış-yanaşmaya keçmək gərək.

Deyirsən; “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Deməli, ? Gözəllərdə vəfa yoxdur? Buna necə inanmalı? Axı buyoxdur”un özünü yalançışair deyir. Beləliklə, gözəllərdə vəfa var yoxdur, yoxdur var, var yoxdur... Bu məntiq sillagizmi, həndəsi silsilə, ədəbi-əntiq zəlzələ, ey bütün dövr zamanlar fövqü?!.

Səndə sözlər nazənin ədalı, fikirlər bülbül sədalı, mətləb-məramlar ecazi-laübalı! Hələ sənin vurğu-durğu işarələrin! Onların hamısı öz yerində - təqtilərə münasib, ritmlərə müntəzir. Sualların isə... incə-mincə gəlin kimi, bığ yeri yenicə tərləmiş oğlan, “çiçəyi burnunda qızmisallı: “İnanarmı, usanmazmı, utanmazmı?”

Sənin bu eşq balası eşq şeirindəkiutanmazmı”nı mənqəsdənaxıra saldım (bir az da Sənin müasir əziz-xələfin ŞəhriyarınGözəllərin axıra qalmışıydımisrasının təsiri səbəbindən). Deyirəm, gör, Səni candan usandıran, verdiyi cəfadan isə usanmayan o gözəl Səndə bu qədər hicr-əcr simptomları yaratmasaydı, bu atom-misralar yaranardımı?

, “Mənə tən eyləyən qafil...”

Bəli, bütün aləmi-ətraf, saili-qafillər Sənə tənə edirlər ki, bu yaşda, bu başda, bu nam-nişanda adamsan, var, nolub, hansısa bir Yardan ötrü bu qədər ahu-zar edirsən! Başqa aşiqlər bu tənələri necə qarşılar, cavablar verərdilər, bilmirəm (niyə bilmirəm ki?..), Sən isə; “Səni görgəc utanmazmı?..”

Sən ki bu bir kitablıq hekayəti üç kəlmədə, on doqquz hərfdə bu cür şərhi-bəyan edə bilmisən, deyirəm, dünyanın bütün əğyari-hərifləri, huri-ədəbiyyatşünasları yığıla, Səni nəinki Azərbaycan, Turan, Şərq şeriyyətinin, heç dünya poeziyasının da baş kürsüsündən, Birincilik nominasiyasından sala bilməz, Ustad! Yəni, daha hansı başqa bir kimsə bu mətləbi bu yığcamlıqda, İlahi mübhəmlikdə, ali məhrəmlikdə deyə bilərdi, deyə bilər deyə biləcək?! Sən burada, bütün başqalarından fərqli olaraq, nida ilə utandırılasılara bir suallıq möhlət verib, barışıq yeri qoymusan. Sən məsələyə hamıdan - bütün didaktiklərdən, patetiklərdən fərqli baxaraq, tutalım, “əgər tənəçilər mənim yarımın necə gözəl, hədsiz cazibədar, füsunkar, işvəkar, can alan, “qan salan”, filan-filan olduğunu bilsəydilər, mənə - “niyə bu qədər qəm eləyirsən” - deməzdilərkimi təbiət təsvirləri, cəmiyyət təfsirləri işlətməmisən. Sən bu üç kəlmə forman, gücdən-güc məzmununla - bəşərin əzəli əbədi atributu olan aşiq-məşuq, sevgi-məhəbbət dramındakı tənə, dedi-qodu səhnəsini gözəlliyin qələbəsi, özünün qalibliyinlə qapatmısan!..

 

Nalədəndir ney kimi...

 

...avazeyi-eşqim bülənd, Nalə tərkin qılmazam neytək kəsilsəm bənd-bənd”!

Mənim özümün bu misralara əşhədi-heyrətim var, ancaq, Bəxtiyar Vahabzadə - Xudu Məmmədov - Nurəddin Rza - Zeynal Məmmədov - Şahmar Əkbərzadədən ibarət o vaxtkımilli beşliyiniyirmi səkkiz il bundan əqdəm Ağdamın Abdal-Gülablı sanatoriyasındakı növbətiFüzuli söhbətləri”ndə edilən bir heyrəti xatırlatmağı daha yey hesab edirəm.

Məclis arəstədir. Ətraf meşədə bülbüllər oxuyur bu dəfə Qədir Rüstəmovun da iştirak etdiyi məclis başdan-başa Füzuli qoxuyur. Mən isə, bu Gülüstan şair haqda bədahətən doğulan fikirləri, məlahətən deyilən sözləri gülləyib, yaddaşıma köçürürəm.GələndəMəhəmmədgəldin dünyaya, GedəndəFüzuligetdi dedilər”, “Sənət göylərində üzür Füzuli, Sənət göylərindən öz qələmiylə, Al-əlvan çiçəklər üzür Füzulimisralarını söyləyib, üzünü müəllifə tutan Nurəddin: “Bəxtiyar müəllim, sən bizim bu Eşq mücəssəməmiz haqda çox yaxşı misralar yazmısan, amma, təəssüf, çox az yazmısan...” Bəxtiyar: “Əksinə, Nurəddin həkim, çox yazmışam, amma yaxşı yaza bilməmişəm. Əgər bircə dəfə mənim başıma Füzuli eşqi vursaydı, mən ona layiq bir şey yaza bilərdim!” Xudu: “Bu doyulmaz şairin hər misrası gəlin köçəsi qızlarımızçün cehizlikdir, bəy ərənlərimizə pak sevgilər aşılayan mənəvi dərslikdir, qocalar-qarılar üçün behiştlikdir...”

Bayaqdan üzündəşeytanibir təbəssüm gəzən Şahmar: “Amma, ay Xudu müəllim, ay sirri-Xuda, sənin bucehizlik”, “dərslikqənaətlərinə cınqılı bir əlavəm var...” Xudu müəllimin gülümsəyərək atdığı, yenə sonbeşiyimizin xatakarlığı tutubreplikadan sonra, Şahmar sözünə davam edir: “Yəni bu yan-yörəmizdəki cavan-comrullara elə gəlməsin ki, Füzuli babaları da, bəzi klassiklər kimi, yalnız öyüd-nəsihət verən, “müsbət qəhrəmanlıqtəlqin edən, dünyəvi eşqi, əda-qidalıqlarının yarısı gizlin, yarısı aşkar olan sevgi-məhəbbəti yarlara yasaqlayandır. Yox, “Leyli Məcnun”dakı bir səhnəni bir az nəsr, bir az nəzmlə ifadə edirəm: məktəbdə onlar səf-səf düzülüb edəndə sərəfraz, qızlar oğlanlara satanda işvəvü-naz, oğlanlar necə səbr pişə qılsın gər səbri olsa, nişə qılsın?!”

Hamı dərin ehtiram, klassik abır-həya ilə gülüb-gülümsünür nəhayət, öz aralarındabeşliyin filosofuadlandırdıqları Zeynal: “Görəsən... Füzuli zərif cinsin nümayəndəsi olsaymış da, bu əndazəli eşqə duruş gətirə, o dünyaya bu sayaq əxlaq, dözüm, həya bakirəliyilə köçə bilərmiş?..

 

ey Füzulisevərlər!

 

O vaxtkı o sual kiminsə kimdənsə cavab gözlədiyi sorğulardan deyildi. O soru bizim bu şahənşah şairimizin innənsonrakı milyonlarla, milyardlarlafəqiroxucuların ona dair növbəti heyrətlərindən biri idi.

Onunköhnə-köhnəxəzinəsindəki yeni-yeni irfan-idrak tilsimlərinin açılımına doğru, Füzulisevər əfəndilər - beş yüz iyirminci ad gününü qutladığımız hər zaman ulu əbədi olu babamızın vəfalı sevdalıları!..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 18 iyul.- S. 13.