Kəlağayı və ipəkçilik sənətimiz İordaniyadaDiplomatik bazarda

 

Azərbaycanın xalq sənəti nümunələrinin təbliği xarici ölkələrdəki Azərbaycan səfirliklərinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bu günlərdə İordaniyada keçirilən ənənəvi “Diplomatik bazarda Azərbaycan səfirliyinin guşəsini xalq sənətimizin ən qədim növlərindən olan kəlağayılar bəzəyib. Azərbaycan guşəsi ziyarətçilərin və tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Səfir Sabir Ağabəyov sərgiyə təşrif buyuran İordaniya Kral ailəsinin nümayəndələri, hökumət üzvləri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomat həmkarlarına ipəkçilik sənətimizlə bağlı məlumat verib, onlara Azərbaycan kəlağayılarını hədiyyə edib.

İordaniyadakı Azərbaycan diasporunun üzvləri də həm səfirlik tərəfindən onlara verilmiş, həm də özlərinin Azərbaycandan gətirdikləri kəlağayıları iordaniyalılara hədiyyə edərək xalqımızın bu qədim sənət nümunəsinin təbliğinə öz töhfələrini veriblər.

 

Mədəniyyət.- 2014.- 18 iyul.- S. 16.