Beynəlxalq müəllif mahnıları festivalı

 

Bakıda Gənclər və İdman və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə X beynəlxalq müəllif mahnıları festivalı keçirilib. Builki festival məşhur şair Bulat Okucavın 90, dramaturq, bard ifaçısı Yuri Vizborun 80, Bakı müəllif mahnıları klubunun 40 illiyinə həsr olunub.

Festivalın rəhbəri Cavid İmamverdiyevin sözlərinə görə, tədbir Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyır. İyulun 21-dək davam edən festival çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında konsertlər olub. Ənənəvi festival bu dəfə də rusiyalı qonaqların maraqlı çıxışları ilə yadda qalıb.

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 2.