Kinorejissor Əjdər İbrahimovun yubileyi qeyd ediləcək

 

İyulun 25-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, SSRİ Xalq artisti Əjdər İbrahimovun 95 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə rejissorun yaradıcılığından bəhs edən fotosərgi nümayiş etdiriləcək, filmlərindən parçalar göstəriləcək, ömür yolundan söz açılacaq. Sonda rejissor Nizami Abbasın sənətkara həsr edilmişNarahat adam” sənədli filmi nümayiş olunacaq.

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 2.