«Jumeirah Group»un Avropa təmsilçisi Bakıda

 

«Jumeirah Group»un satış marketinq üzrə Avropa nümayəndəliyinin vitse-prezidenti Austin Frost Bakıda səfərdə olub. «Jumeirah Bilgah Beach Hotel»dən bildiriblər ki, səfərin məqsədi Azərbaycanın biznes turizm imkanlarının araşdırılması ilə bağlı olub. «Jumeirah Bilgah Beach Hotel» bir müddət əvvəl «Jumeirah Group»un Avropa nümayəndəliyinin tərkibinə daxil olub. Bu səbəbdən yeni rəhbərlik həm hoteldəki durumu, həm ümumilikdə Azərbaycanın turizm bazarındakı vəziyyətini öyrənmək istəyib.

Səfər çərçivəsində Austin Frost Bakıda fəaliyyət göstərən digər brend hotellərin tanınmış turizm şirkətlərinin rəhbərləri ilə görüşüb. Qonaq paytaxt hotellərinin infrastrukturu, şirkətlərinin əməkdaşlıq etdikləri turist istiqamətləri, biznes turizmi istiqamətində görülən işlərlə maraqlanıb.

Bakıya ilk dəfə gəldiyini deyən Austin Frost bu səfərin ölkəmizin turizm sektoru və ümumilikdə Azərbaycanla tanışlıq baxımdan əlamətdar olduğunu vurğulayıb.

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 9.