Milli mətbuatımızın banisi

 

Şirvan şəhər Mərkəzi kitabxanasında 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar dəyirmi masa keçirildi. Milli mətbuatımızın banisimövzusunda tədbiri şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açaraq 1875-ci il 22 iyul tarixində görkəmli ziyalı, alim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsası qoyulmuş mətbuatımızın inkişaf yolundan danışdı. Kitabxananın əməkdaşları Mehriban Alxaslı və Firuzə Alimusəvi çıxışlarında qeyd etdilər ki, XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmişdir. “Şərqi-Rus”, “Həyat” , “Füyuzat”, “Tazə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzet və jurnallar xalqın milli özünüdərk hissinin formalaşmasına çalışmışdır.

Sonda tədbir iştirakçıları “22 İyul - Milli Mətbuat Günü” başlıqlı sərgi ilə tanış oldular.

 

Yeganə Nağdalıyeva

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 13.