Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu vəfat edib

 

23.07.2014

Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, tanınmış ədəbiyyatşünas alim Arif Əmrahoğlu iyulun 19-da dünyasını dəyişib.

Arif Əmrah oğlu Məmmədov 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə Ermənistan SSR-in Noyemberyan rayonunun Ləmbəli kəndində bitirib.

1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun “XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsi”ndə baş laborant, kiçik elmi işçi, “Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi”ndə elmi işçi işləyib. AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini olub. 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, Bakı Dövlət Universitetinin müəllimi idi.

M.F.Axundzadənin Moskvada rus dilində çap olunan "Seçilmiş əsərləri"nin, A.P.Çexovun üçcildlik Azərbaycan dilindəSeçilmiş əsərləri"nin tərtibçisi, nəsr əsərlərinin, bədii tərcümələrin müəllifidir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 14.