Mədəniyyət və Turizm Nazirliyinin yeni Aparat rəhbəri təyin olunub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə Bayramov Rafiq Yasin oğlu nazirliyin Aparat rəhbəri təyin edilib.

Rafiq Yasin oğlu Bayramov 1972-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub. 1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti Aparatında ictimai-siyasi şöbədə məsul vəzifələrdə işləyib.

2001-ci ildən Gənclər, İdman Turizm Nazirliyində Gənclərlə şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət turizm nazirinin köməkçisi işləyib. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 2.