Könüllərdə yaşayan Akif Səməd

 

İyulun 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mərhum şair Akif Səmədin 55 illik yubileyi qeyd edilib. Mərasimdə Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı, yazıçı-publisist Natəvan Dəmirçioğlu və başqaları çıxış edərək Akif Səmədin şeirlərində insana və insanlığa böyük sevgi olduğunu vurğulayıblar. Qeyd olunub ki, o, ilahi gözəlliyi duya, ülvi hissləri sözlə ifadə edə bilirdi. Akif Səməd həm də ruh, irfan şairi idi.

Natiqlər onun “Qiblə yelləri”, “Uzaqlardan gəlirik”, “Adəmdən”, “Özümə yol” kitablarının ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılandığını, yaradıcılığının könüllərə yol tapdığını söyləyiblər. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan çıxış edərək Akif Səmədi təkcə Azərbaycanın deyil, həm də türk dünyasının şairi, türkün söz sevdalıları yolunun yolçusu adlandırıb.

Tədbirdə şairin ifasında xatirə səs yazıları və şeirləri səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.