Azərbaycanlı rejissor Alanya bələdiyyəsinin qonağı olub

 

Azərbaycanın Əməkdar incəsənət xadimi, rejissor, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cahangir Novruzov Alanya bələdiyyəsinin dəvəti ilə bu şəhərdə olub.

Diasporla üzrə Dövlət Komitəsindən bildirilib ki, həmvətənimizin bələdiyyə sədri Adəm Murat Yücel və şəhərin kaymakamı Erhan Özdemirlə görüşlərində Türkiyə ilə Azərbaycan mədəniyyəti, o cümlədən teatr sahəsində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Görüşdə həmçinin Alanya ilə Azərbaycanın bir şəhərinin qardaşlaşması təşəbbüsü də irəli sürülüb.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.