“Könlümdə Azərbaycan sevgisi hər zaman yaşayacaq

 

Türk dünyasını bir ailə olaraq görürük və TRT AVAZ-ı bu böyük ailənin televiziya kanalı halına gətirmək istəyirik”

 

Yüksəl Dəyərcan adı Azərbaycan media aləminə, eləcə də TRT-nin daimi tamaşaçılarına yaxşı tanışdır. Əvvəlcə burada kanalın müxbiri olaraq fəaliyyətə başlayan Yüksəl bəy sonradan TRT-nin Bakı təmsilçisi kimi çalışdı. Hazırda isə TRT AVAZ kanalının koordinatorudur. Bizimlə söhbətində Azərbaycanla bağlı xatirələrini bölüşməklə yanaşı, rəhbərlik etdiyi kanalın fəaliyyəti, türkdilli ölkələrlə əməkdaşlıq, gələcək layihələr barədə də söz açdı.

 

- Yüksəl bəy, uzun müddət TRT-nin Bakı təmsilçisi kimi fəaliyyət göstərmisiniz. Ölkəmizdən hansı təəssüratlarla ayrıldınız?

- Mənim üçün Türkiyə hansı anlamı ifadə edirsə, Azərbaycan da eyni anlamı ifadə edir. Yəni hər ikisi mənim vətənim, yurdumdur. Bu səbəbdən gəldiyim ilk gündən etibarən bu ölkəni özümə doğma bildim. Vətən olmaq baxımından azərbaycanlı qardaşlarım da məni yanıltmadı. Məsələn, yeni gəldiyin bir yerin, məkanın insanları ilə anlaşa bilmirsənsə, o halda heç nə səni çəkməz və o torpaqlardan uzaqlaşırsan. Azərbaycanda heç belə bir duyğu yaşamadım. Burada özümü heç yad hiss etmədim, Azərbaycanı və insanlarını sevdim. Mən Türkiyəyə qayıdarkən vəzifəm də böyüdüldü. Amma könlümdə Azərbaycan sevgisi hər zaman yaşayacaqheç bir zaman da əskilməyəcək. Yəni bu ölkədə yaşadığım müddətdə duyğularım, düşüncələrim necə olubsa, indi də elədir. Azərbaycan deyincə, bir sevinc, bir qürur, bir həsrət gəlir içimə və bu belə də davam edəcək. Azərbaycana TRT-nin Bakı təmsilçisi kimi minlərlə xəbər, reportajproqram hazırladım. Onların hər birinin mənim üçün öz yeri var.

 

- Türkiyəyə qayıtdıqdan sonra bizlər üçün sevindirici xəbər aldıq. TRT AVAZ kanalının idarəçisi vəzifəsinə təyin olundunuz. Bütün türk dünyasını əhatə edən bir kanalın idarəçisi olmaq məsuliyyətini necə daşıyırsınız?

- Türk dünyası mənim üçün son dərəcə önəmlidir. Hər zaman türk dünyasının birlik, bərabərlik içərisində olmasını xəyal etdimbu istəyimə nail oldum. Əslində qəlbimizdə bir-birimizi daha yaxşı tanımaq, ortaq dəyərlərimizi ortaya çıxarmaq duyğuları həmişə vardı. Mənə də bu kanalın idarəçisi vəzifəsi verildi. Doğurdan da, çox önəmli və məsuliyyətli bir vəzifədir. Etdiyiniz kiçik bir səhv belə zaman-zaman mənfi nəticələr doğura bilər. Bu səbəbdən türk dünyasını və ölkələrini tanımaq önəmlidir. Ən incə detallarına qədər bu ölkələrin sosial, siyasi, iqtisadi və mədəni strukturlarını bilmək məcburiyyətindəsən. Hər şeydən xəbərdar olmalı və sıx tempdə çalışmalısan. Bəzən günün 15 saatını çalışıram. Özünə zaman ayıra, dostlarla hər zaman əlaqə qura bilmirsən. Hətta elə zamanlar olur ki, övladlarıma belə vaxt ayıra bilmirəm. Amma məsuliyyət və vəzifə borcum önəmlidir. Çünki türk dünyasına xidmət etmək kimi bir məsuliyyət var üzərimizdə. Sizə inanan insanlar varbu gözləntiləri boşa çıxarmamaq lazımdır.

 

- Kanala rəhbərlik etdiyiniz müddətdə hansı yeni layihələr gerçəkləşdirə bildiniz?

- TRT AVAZ böyük ideallarla quruldu. Ancaq zamanla bu ideallardan sadəcə bir hissəsi həyata keçirilə bildi. Əvvəlcə işə kanaldakı çatışmazlıqları təsbit etməklə başladıq. TRT AVAZ loqosunu dəyişdik yeni bir kanal qurduq. Proqram mövzularımızı, verilişlərin müxtəlifliyini artırdıq. Türk dünyasını bir ailə olaraq görürük TRT AVAZ-ı bu böyük ailənin televiziya kanalı halına gətirmək istədik. Bu mənada Azərbaycanın böyük bir önəmi olduğunu hamımız bilirik. Orta Asiya coğrafiyasını ən yaxşı tanıyan Türkiyə ilə ən yaxşı anlaşan, eyni şeyləri düşünən türk dünyası ölkələrinin bərabərliyini istəyən əhəmiyyətli ölkə Azərbaycandır. Bu üzdən ən böyük dəstəyi Azərbaycandan aldıq bunu əsla unutmaram. Elə bu səbəbdən yayımlarımızın böyük bir bölümü Azərbaycanla bağlıdır. Verilişlərimizdə aktuallığı saxlamağa çalışdıq. Ortaq dəyərlərimizi, mədəniyyətimizi anladarkən ortaq acılarımıza sevinclərimizə yer verdik. 20 Yanvar Xocalı soyqırımı, 31 Mart soyqırımı, 28 Mayla bağlı verilişlər digər bu kimi əlamətdar günlər kanalda xüsusi yer aldı.

Avrasiya hesabatıadlı bir veriliş hazırladıq. Bununla türk dünyasının gündəmini Türkiyəyə gətirdik. Azərbaycanın İctimai TeleviziyasınınYeni günproqramı ilə ortaq mədəniyyətimizi təbliğ etdik. Bundan başqa, İctimai TV ilə ortaq yayımlar etdik cizgi filmləri, ortaq musiqi proqramları reallaşdırdıq. Hazırda studiyalarımızı yeniləşdiririk. Sadəcə Azərbaycanda deyil, bütün türk dünyasında yer almağa çalışırıq. TRT AVAZ əslində kiçik bir türk dünyasıdır. Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan hətta Tatarıstandan işçilərimiz var. Komanda ruhu ilə türk dünyasına xidmət edirik. Hədəfimiz yeni verilişlərdir. Layihələrimizi var gücümüzlə davam etdiririk. Sentyabr ayının ortalarında səs yarışması, qabiliyyət yarışması, türk dünyası filmləri, türk dünya futbol proqramı, seriallar, cizgi filmləri, Türküstan gecələri, əyləncəli proqramlarla tamaşaçıların görüşünə gələcəyik.

 

- Kanal Azərbaycanla işbirliyində nələri hədəf alıb?

- Azərbaycan Türkiyə türk dünyası üçün son dərəcə önəmlidir. Bu səbəbdən təbii ki, TRT-nin Bakı təmsilçiliyi ilə yaxın çalışma ortamımız var. Canlı bağlantılar, xüsusi yayınlar, özəl xəbərlər proqramlar hazırlanır. TRT Avaz olaraq TRT Bakı təmsilçiliyimizdən 4 proqram hazırlamasını istədik.Röya kimi”, “Qürbətdəki elçilərimiz”, “Azərbaycan ulduzları “Can Azərbaycanbizim Bakı təmsilçiliyimiz ilə özəl olaraq hazırladığımız proqramlardır son dərəcə uğurlu alınıb. TRT AVAZ Azərbaycanın acısını, sevincini, hüznünü Türkiyəyə türk dünyasına çatdırmağı hədəf alıb, ortaq mədəniyyətimizi tanıtmaq istəyir.

 

- Maraqlıdır, TRT AVAZ dünyadakı bütün türkdilli ölkələri, toplumları əhatə edə bilirmi? Bu istiqamətdə ortaya problemlər çıxırmı?

- TRT AVAZ-ın yayın coğrafiyası 27 ölkə və 12 muxtar respublikanı əhatə edir. Ancaq bu ölkələrin hamısının dilində verilişlər hazırlanmır. TRT AVAZ olaraq yeni mərhələdə türk dillərində proqramlar hazırlamağı planlaşdırırıq. Bu proqramlar 6 dil və ləhcədə subtitr (alt yazı) daxil olmaqla yayımlanacaq. Buraya özbək, qırğız, türkmən, qazax, rusalban dilləri daxildir. Rusiya Federasiyasına bağlı olan müsəlman və türk kökənli muxtar respublikatoplumlar var. Bu insanlarla da rus dilində alt yazı ilə ünsiyyət quracağıq. Bu da ən qısa zamanda dövriyyəyə daxil olacaq. Beləliklə də, daha geniş auditoriyanı əhatə etmək üçün yayımlarımızda ən mühüm problem olan dil məsələsini bu yolla həll edəcəyik.

- Yaxın gələcəkdə hansı maraqlı planlar, layihələr nəzərdə tutulub?

- Yaxın günlər üçün yeni bir layihəmiz var. Qarabağ problemi ilə bağlı sənədli film çəkəcəyik. Bu hər biri 30 dəqiqə olmaqla 5 hissədən ibarət böyük bir film olacaq. Düşünürəm ki, bir ay içərisində çəkiliş qrupları Bakıya gələcək. Cəbhə bölgəsində də çəkilişlər aparılacaq. Qarabağ problemini ingilis dilində bütün dünyaya çatdıracağıq. Bir başqa sənədli film layihəmiz də var ki, bu da Qafqaz İslam Ordusu ilə bağlıdır. Hazırda bunun üzərində çalışırıq. Bundan başqa, təklif gələrsə, ortaq film də çəkə bilərik. “Avrasiya ulduzu” səs yarışması, Türkiyədə yayımlanan “Yetənək sizsiniz” yarışmasının Avrasiya versiyası, “Türküstan gecələri” və “Dünya futbolukimi yeni layihələrimiz sentyabr ayında dövrəyə girəcək. TRT AVAZ gözəl layihələrlə türk dünyasını əhatə etməyə çalışır. Biz azərbaycanlıların marağını çəkəcək layihələrlə gəlirik və düşünürük ki, bizi izləyəcəklər. Məncə, Azərbaycanla həyata keçirəcəyimiz ortaq layihələrlə də buna nail olacağıq. Fürsətdən istifadə edib sizin vasitənizlə Azərbaycan Xalq Cümhuriyyətinin bu günlərdə qeyd olunan 96-cı ildönümünü bir daha təbrik edirəm. Azərbaycan bayrağının ən yüksəklərdə əbədi olaraq dalğalanmasını diləyir və bütün dostlarıma salam söyləyirəm.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2014.- 6 iyun.- S. 10.