Puşkinin 215 illiyi Bakıda qeyd edilib

 

İyunun 6-da dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar ədibin Bakıdakı abidəsi önündə xatirə tədbiri keçirilib. Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi Sodrujestvocəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şairin həyat yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında qoyduğu əbədi izdən söhbət açılıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, “Sodrujestvocəmiyyətinin sədri Tatyana Kərimova belə tədbirlərin keçirilməsinin Azərbaycan Rusiya xalqları arasında dostluq mədəni əlaqələrin gücləndirilməsində rolunu vurğulayıblar. Bildirilib ki, Puşkinin adını daşıyan parkda şairin doğum gününün qeyd edilməsi artıq ənənəyə çevrilib. Dahi şair təkcə Rusiyada deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Puşkinin Azərbaycanda sevilməsində onun əsərlərinin görkəmli şair yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun başqaları tərəfindən tərcümə edilməsinin böyük rolu olub.

Tədbirdə Səbail rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdləri, Azərbaycandakı rus icmasının nümayəndələri şairin Azərbaycan və rus dillərində şeirlərini səsləndiriblər, Puşkinin nağıllarından səhnəciklər göstərilib.

 

Mədəniyyət.- 2014.- 11 iyun.- S. 12.