Əlyazmalar İnstitutunda elmi konfrans

 

Abbasqulu ağa Bakıxanov - 220

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan tarixçisi, maarifçi, şair Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi münasibətilə elmi konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə yubileylə bağlı institut əməkdaşları tərəfindən təşkil edilmiş sərgi ilə tanış olublar.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransı açaraq Abbasqulu ağa Bakıxanov irsinin tədqiqi sahəsində sovet dövründə görülən işlərdən danışıb. Qeyd olunub ki, müstəqillik illərində görkəmli tarixçi ədibin həyat yaradıcılığına bir daha nəzər salmağa ehtiyac var. Bu baxımdanAbbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqındaölkə Prezidentinin 2014-cü il 12 fevral tarixli sərəncamı böyük əhəmiyyət kəsb edir. Abbasqulu ağa Bakıxanovu universal şəxsiyyət adlandıran İsa Həbibbəyli onun müxtəlif elm sahələrinə aid əsərlərindən bəhs edib, bu əsərlər üzərində yeni istiqamətli tədqiqat işlərinin aparılması zərurətini diqqətə çatdırıb.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael HüseynovMüsəlman Şərqində ensiklopedik zəkalı alim tipi Abbasqulu ağa Bakıxanovmövzusunda məruzə ilə çıxış edib.

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa KərimovAbbasqulu ağa Bakıxanovun əlyazma irsimövzusunda məruzəsində bu irsin tədqiqində böyük əmək sərf etmiş Məmmədağa Sultanov, Ənvər Əhmədov kimi alimlərin xidmətini diqqətə çatdırıb.

Konfransda həmçinin AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı HəsənovunAzərbaycan tarixşünaslığının inkişafında Abbasqulu ağa Bakıxanov səhifəsi”, Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül NəhmətovanınAbbasqulu ağa BakıxanovunKitabi-Əsgəriyyəəsərinin məzmununa yeni baxışmövzusunda məruzələri dinlənilib.

Konfransda yekun sözü söyləyən Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli klassiklərimizin irsinin tədqiqinə, nəşrinə yenidən qayıtmağın vacibliyindən danışıb, bu sahəyə ölkə rəhbərliyinin göstərdiyi qayğını minnətdarlıqla qeyd edib.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 5.